SON DƏQİQƏ

00:06 - Günün qoroskopu

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

19:39 - Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda konfrans keçirilib, yeni bir təlimə isə start verilib

Naxçıvan Müəllimlər İnstitutunda konfrans keçirilib, yeni bir təlimə isə start verilib
17-12-2018, 22:21

Naxçıvan Müəllimlər İnstitutunda “Ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” mövzusunda konfrans keçirilib, iyirmi beş nəfər məktəb psixoloqu ilə 30 saatlıq təlim kursuna başlayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, 17 Dekabr 2018-ci ildə Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə “Ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, təhsil şöbələrinin müdirləri, məktəb psixoloqları, institutun psixoloq müəllimləri, metodistləri, magistr və tələbələri iştirak ediblər.

Giriş sözü ilə konfransı Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev və Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri Rəhman Məmmədov açaraq məktəbdə psixoloqun işinin əhəmiyyətindən və işin səmərəliliyini artırmaq üçün bu tip konfransların, ixtisasartırma və təkmilləşdirmə kurslarının faydasından danışıb, həm konfransın, həmdə bir həftəlik (30 saatlıq) təlim kursunun işinə uğurlar arzulayıblar.

Konfransın gündəliyinə uyğun olaraq “Psixoloji xidmət məsələləri və müasir məktəb” (məruzəçi, institutun ixtsasartırma və yenidənhazırlanma üzrə prorektoru Azad Novruzov), “Təhsil müəssisələrində psixodiaqnostika və korreksiya işlərinin səmərəliliyinin artırılması” (məruzəçi, institutun Pedaqogika və psixologiya kafedrasının dosenti Salatın Hacıyeva), “Psixoprofilaktik işlərin təşkili zamanı nəzərə alınması zəruri olan müasir tələblər və psixoloji məsələlər” (məruzəçi, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Çapay Quliyev), “Məktəb psixoloqunun müəllimlər və valideynlər arasında apardığı psixoloji maarifləndirmə və psixoloji konsultasiya işinin əhəmiyyəti” (məruzəçi, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Nüşabə Məmmədova), “Məktəb psixoloqunun əsas vəzifələri” (məruzəçi, Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin müəllimi Allahyarova Gülşən), “Məktəb psixoloqu necə olmalıdır? ” ( məruzəçi, Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti Rzayeva Natella) mövzularında çıxışlar olub və məruzələr dinlənilib.

Qeyd olunub ki, Respublikamızda təhsil sahəsində aparılan islahatlar, cəmiyyətdə baş verən dəyişmələr, texnologiyanın sürətli inkişafı psixoloji xidmət sahəsində işin səmərəliliyinin artırılmasını zəruri edir. Bu məqsədlə dünya təcrübəsinin öyrənilməsi, qazanılmış təcrübənin ümumiləşdirilməsi, praktik psixoloq kimi elmi-metodiki biliklərinin yüksəldilməsi üçün kursların, elmi-praktik konfransların, seminarların, dəyirmi masaların təşkilinin zəruruliyi vurğulanıb.

Sonda konfrans iştirakçıları institutun psixologiya laboratoriyası və psixologiya kabinəsi, həmçinin bir həftəlik təlim kursunun tematik planı ilə tanış olublar.


Naxçıvan Müəllimlər İnstitutunda konfrans keçirilib, yeni bir təlimə isə start verilib
Naxçıvan Müəllimlər İnstitutunda konfrans keçirilib, yeni bir təlimə isə start verilib
Naxçıvan Müəllimlər İnstitutunda konfrans keçirilib, yeni bir təlimə isə start verilib
Naxçıvan Müəllimlər İnstitutunda konfrans keçirilib, yeni bir təlimə isə start verilib

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30