SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib-Foto

Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib-Foto
17-12-2018, 19:30

Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Ən yaxşı şeir və bədii qiraət” müsabiqəsi keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, müsabiqədə giriş sözü açan Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev dünyanın yaradılışının ilki sayılan sözə naxış vurmağı bacaran, bədii yaradıcılıqla məşğul olan tələbələrin üzə çıxarılması, onlara dəstək olunması və yaxşı şeir nümunələrinin geniş oxucu kütləsinə çatdırılmasına köməklik olunması haqqında danışaraq qeyd etdi ki, bu cür şeir müsabiqələri mütəmadi olaraq institututda keçiriləcək.
Müsabiqədə 17 nəfər tələbənin müxtəlif şeiri, 5 nəfər tələbənin isə bədii qiraəti münsiflər heyəti tərəfindən dinlənilib və qiymətləndirilib. Münsiflər heyətinin qərarına görə I, II, III yer tutan tələbələrə diplom və hədiyyələr rektor Elbrus İsayev və Azərbaycan Yazıçılar Birliyinin üzvləri Həsənəli Eyvazlı, Elxan Yurdoğlu, Əbülfəz Quliyev tərəfindən təqdim olunub. Bir neçə yaradıcı tələbə isə həvəsləndirici hədiyyələrlə mükafatlandırlıb.
Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib-Foto
Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib-Foto

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031