SON DƏQİQƏ

naxcivanxeberleri.com

Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlanıb

Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlanıb
25-06-2021, 12:25

Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, şagirdlər 

sy.edu.az portalı üzərindən yaradılmış "Şəxsi kabinet"lərinə daxil olaraq imtahan nəticələrini öyrənə bilərlər.

Minimum 30 faiz nəticə göstərən şagirdlər seçim mərhələsinə buraxılıb.

Seçim mərhələsində iştirak hüququ qazanmış şagirdlər iyulun 5-i saat 17:00-dək lisey və gimnaziyalar arasından seçim etməlidirlər. Seçim etdikdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcək. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil.

Qeyd edək ki, qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlər 29 iyun 2021-ci il tarixinədək 

[email protected] elektron ünvanı vasitəsilə qəbul edilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930