18:00 - Ordubad rayonunda “Açıq qapı” günü keçirilib-FOTO
17:55 - Türkiyədə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 24 nəfər yaralanıb
17:45 - Dmitro Kuleba: “Rusiya müharibəni masada bitirməkdə maraqlı deyil”
17:40 - ABŞ-da iki helikopterin toqquşması nəticəsində 9 hərbçi ölüb
17:35 - Fazil Mustafanın partiyası: "Sui-qəsdin siyasi səbəblərlə icra edilməsi şübhə doğurmur"
17:30 - Ukrayna XİN başçısı: "ABŞ bizə dəstəyi dayandırsa, dünya nizamı məhv olacaq"
17:20 - Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
17:15 - Ötən il və bu il 242 uşaq övladlığa verilib
17:10 - Şəhid ailələri və müharibə əlilləri bu il azı 1500 mənzil və ya fərdi evlərlə təmin olunacaq
17:00 - Reyçel Avraam: “Səfirliyin açılması Azərbaycan və İsrail arasında əməkdaşlığı gücləndirəcək”
16:50 - Naxçıvanlı güləşçi mükafatçılar sırasında-FOTO
16:45 - Dini Komitənin sədri: “Biz siyasi məqsəd üçün din amilindən istifadə edənlərlə mübarizə aparmalıyıq”
16:40 - Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”
16:35 - Lavrov Türkiyəyə gedir, Qarabağ da müzakirə olunacaq
Türkiyə Respublikasının Şimal-şərqi Anadolu İnkişaf Agentliyinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub-Foto
Türkiyə Respublikasının Şimal-şərqi Anadolu İnkişaf Agentliyinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqları salamlayaraq ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, qonaqlar universitetin kampusunu gəzərək, ali təhsil ocağın fakültələri ilə tanış olub.
Sonra İnformasiya-Kommunikasiya texnologiyaları mərkəzinə gələrək burada fəaliyyət göstərən kamera nəzarət sistemi, server və texniki təminat otaqlarının işi ilə yaxından maraqlanıblar.
Universitetin Media Mərkəzində olan qonaqlara mərkəzdə fəaliyyət göstərən “Universitet” televiziyası və “Nuhçıxan” radiosunun fəaliyyəti haqda məlumat verilib. Media mərkəzində olan qonaqlar Universitet televiziyasında verilişlərin hazırlanması prosesini izləyib, universitet televiziyası üçün müsahibə veriblər.
Universitet Elmi Şurasının 24 oktyabr 1995-ci il tarixli qərarı ilə universitetin nəzdində Naxçıvan Atatürk Araşdırma Mərkəzini ziyarət edən qonaqlara bildirilib ki, mərkəzin əsas fəaliyyəti Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyatı və fəaliyyətini dərindən araşdırıb öyrənməkdən, türk dünyasının böyük öndərinin keçdiyi şərəfli yolun timsalında Azərbaycanın yeni nəslində müstəqillik, dövlətçilik, dünyəvilik, vətənpərvərlik kimi yüksək mənəvi dəyərləri tərbiyə etməkdən ibarətdir.
İkitərəfli görüşdə rektor təhsil ocağının zəngin maddi-texniki bazası, tərəfdaş olduğu ölkələrlə apardığı tələbə-müəllim mübadiləsi haqda məlumat verib. Universitetin beynəlxalq əlaqələrindən danışan rektor vurğulayıb ki, ali təhsil ocağı hal-hazırda ERASMUS+, Mövlana proqramı çərçivəsində Türkiyə Respublikasının universitetləri ilə qarşılıqlı tələbə-müəllim mobilliyi həyata keçirir. Universitetin Tibb fakültəsi və Baytarlıq ixtisası tələbələrinin qardaş ölkədə hər il təcrübə keçdikləri vurğulanıb.
Ərzurum valisi Okay Memiş səmimi qəbula görə öz təşəkkürünü bildirib. Türkiyə Respublikası ilə Azərbaycan arasında əlaqələrin inkişafından söz açan vali əməkdaşlığın bir sıra istiqamətlərdə, xüsusilə təhsil sahəsində əhəmiyyətli olduğunu vurğulayıb.
Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı hər iki universitet arasında qarşlıqlı əlaqələrə toxunaraq birgə layihələrin gələcək perspektivlərindən danışıb.