SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetinin kollektivi Bəhruz Kəngərli Muzeyində olub

Naxçıvan Dövlət Universitetinin kollektivi Bəhruz Kəngərli Muzeyində olub
15-04-2019, 12:25

“Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi Bəhruz Kəngərli Muzeyində olublar. Muzeyin bələdçisi bildirib ki, muzey Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılıb.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumat görə, Ümummilli lider Heydər Əliyev 2002-ci il iyunun 18-də muzeyin açılışında iştirak edib. Qeyd edilib ki, muzeyin fondunda ümumilikdə 1250-dən artıq eksponat vardır ki, bunlardan 388-i muzeyin ekspozisiyasında sərgilənir. Vurğulanıb ki, binanın birinci mərtəbəsində yerləşən 4 ekspozisiya zalında 181, ikinci mərtəsində yerləşən 5 ekspozosiya zalında isə 206 eksponat nümayiş olunur ki, bunlardan 61-i orijinal rəsm əsəridir. Diqqətə çatdırılıb ki, teatr rəssamlığı, qrafika və digər janrlara müraciət edən, portret janrında dəyərli əsərlər yaradan Bəhruz Kəngərli bütün ömrü boyu mədəniyyətimizin inkişafı naminə yorulmadan çalışıb. Görkəmli rəssam doğma Vətəninin gözəlliklərini tərənnüm edib. Onun kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda yaratdığı 500-ə yaxın əsəri indi də incəsənət muzeylərinin dəyərli eksponatları sırasındadır. O, dövrünün görkəmli şəxslərinin rəsmlərini çəkib, portret janrında dəyərli əsərlər yaradıb. Azərbaycanlıların başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin, xalqın dəyərli nümunələridir. Sağlamlıq imkanları məhdud olan sənətkar cəmi 30 il ömür sürüb və maddi çətinliklərə baxmayaraq, əsərlərini sərgiləməklə kasıb ailələrin uşaqları üçün məktəb pulu toplayan, onların təhsil almasına köməklik göstərən təkcə bir rəssam deyil, həm də Azərbaycan xalqının görkəmli nümayəndəsidir.
Qeyd edək ki, muxtar respublikada da Bəhruz Kəngərli irsi hər zaman diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 2001-ci il 15 fevral tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi salonuna Bəhruz Kəngərlinin adı verilib, rəssamın əsərlərindən ibarət albom-kataloq hazırlanıb. Naxçıvan Muxtar RespublikasıAli Məclisi Sədrinin 2012-ci il 12 yanvar tarixli Sərəncamına əsasən isə rəssamın 120 illik yubileyi isə muxtar respublikada geniş şəkildə qeyd olunub.
Naxçıvan Dövlət Universitetinin kollektivi Bəhruz Kəngərli Muzeyində olub

Naxçıvan Dövlət Universitetinin kollektivi Bəhruz Kəngərli Muzeyində olub
Naxçıvan Dövlət Universitetinin kollektivi Bəhruz Kəngərli Muzeyində olub

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930