SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Xəmsə” Milli İntellektual Oyunu üzrə muxtar respublika birinciliyi keçirilib

“Xəmsə” Milli İntellektual Oyunu üzrə muxtar respublika birinciliyi keçirilib
15-04-2019, 09:10

“Gənclik Mərkəzi”ndə gənclər arasında keçirilən “Xəmsə” Milli İntellektual Oyunu üzrə XI Azərbaycan çempionatının Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, intellektual oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyələrinin, dünyagörüşlərinin, zehni inkişaflarının stimullaşdırılması, onlar arasında bilik və elmin nüfuzunun artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsidir. Yarışlar başlamazdan əvvəl gənclər və idman naziri Azad Cabbarov çıxış edərək muxtar respublikada həyata keçirilən gənclər siyasəti, Nazirlik tərəfindən gənclərin intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində həyat keçirilən tədbirlər, intellektual oyunlar haqqında məlumat verib. Nazir qeyd edib ki, bu tipli tədbirlərin keçirilməsinin nəticəsidir ki, artıq muxtar respublikada intellektual gənclər ordusu yetişmişdir. Bu gün keçirilən oyunda iştirak edən komandaların sayı bunu bir daha sübut edir. Nazir gəncləri bütün dövlət orqanları tərəfindən keçirilən tədbirlərdə fəal olmağa çağırmış və komandalara uğurlar arzulayıb. “Bəlli”, “Şərtli”, “Sirli”, “Fərdi” və “Xəmsə” raundlarından ibarət olan oyun 10 mərhələ, 3 yarımfinal və final mərhələsindən ibarət olmuşdur. Yarımfinal mərhələlərində ən yüksək xal yığaraq birinci və ikinci yerə çıxmış komandalar finala vəsiqə qazanıblar. Belə ki, “Aran”, “Turan”, “Diplomat” və “Qisas” komandaları finalda mübarizə aparmışlar. Sonda “Diplomat” komandası I yerə, “Turan" komandası II yerə, “Qisas” komandası isə III yerə çıxmışdır. Qalib gələn komandalara Gənclər və İdman Nazirliyi tərəfindən kubok, diplom, fəxri fərmanlar təqdim olunub. İntellektual oyun Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Oyunda muxtar respublikanın rayon və şəhərlərindən olan gənclər, ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan gənclər olmaqla ümumilikdə 42 komandada 210 nəfər gənc iştirak edib. İntellektual oyunda iştirak edən komandalar Gənclər və İdman Nazirliyinin rəsmi sosial şəbəkə hesablarında açılmış linkdən qeydiyyatdan keçərək iştirak ediblər. Oyunda qalib olan komandalar “Xəmsə” Milli İntellektual Oyununun XI Azərbaycan çempionatında Naxçıvan Muxtar Respublikasını təmsil edəcəklər. Qeyd edək ki, muxtar respublikada ilk dəfə olaraq 42 komanda ilə intellektual oyun keçirilib.



 “Xəmsə” Milli İntellektual Oyunu üzrə muxtar respublika birinciliyi keçirilib
 “Xəmsə” Milli İntellektual Oyunu üzrə muxtar respublika birinciliyi keçirilib
 “Xəmsə” Milli İntellektual Oyunu üzrə muxtar respublika birinciliyi keçirilib
 “Xəmsə” Milli İntellektual Oyunu üzrə muxtar respublika birinciliyi keçirilib
 “Xəmsə” Milli İntellektual Oyunu üzrə muxtar respublika birinciliyi keçirilib
 “Xəmsə” Milli İntellektual Oyunu üzrə muxtar respublika birinciliyi keçirilib
 “Xəmsə” Milli İntellektual Oyunu üzrə muxtar respublika birinciliyi keçirilib
 “Xəmsə” Milli İntellektual Oyunu üzrə muxtar respublika birinciliyi keçirilib
 “Xəmsə” Milli İntellektual Oyunu üzrə muxtar respublika birinciliyi keçirilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930