SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şagirdlər  “Naxçıvan” Universitetində olublar 

Şagirdlər  “Naxçıvan” Universitetində olublar 
8-05-2021, 19:46

Görüşdə 50-si Naxçıvan Şəhər Təhsil Şöbəsinin, 50-si isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə birbaşa tabe olan məktəblərin on birinci sinif şagirdləri olmaqla, ümumilikdə 100 şagird iştirak edib.

Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov bu cür görüşlərin şagirdlər üçün əhəmiyyətindən danışıb. Həmçinin “Naxçıvan” Universitetinin rəhbərliyinə şagirdlərlə belə görüşlərdə fəal iştirakına görə minnətdarlıq edib. Bildirib ki, bu cür tədbirlərin keçirilməsi təşəbbüsü ali təhsil müəssisələri arasında ilk dəfə “Naxçıvan” Universitetinə məxsusdur. Məruzəçi şagirdlərə ali təhsil müəssisələrində seçim edərkən diqqətli olmağı, gələcək perspektivlərlə yanaşı, öz arzularını da nəzərə almağı tövsiyə edib, onlara uğurlar arzulayıb.

Ardından çıxış üçün söz “Naxçıvan” Universitetinin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoyluya verilib. Bildirib ki, bu universitet 1999-cu ildə dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamışdır. Universitet regionda yerləşən yeganə özəl ali təhsil müəssisəsidir. Burada tələbələrin təhsili ilə 90-a yaxın professor-müəllim heyəti məşğuldur. Onların sırasında AMEA üzvləri, elmlər doktorları, professorlar, dosentlər var. 2021-2022-ci tədris ilində universitetdə 19 ixtisas üzrə bakalavr, 8 ixtisas üzrə magistr hazırlığı aparılması nəzərdə tutulduğunu bildirən prorektor təhsil ocağının zəngin maddi-texniki bazaya malik olduğunu deyib. Tələbələrin peşəkar kadr kimi yetişməsi üçün elektron zalların, zəngin kitab fondu olan elmi kitabxananın, idman kompleksi və konfrans zalı, hər cür şəraitə malik müasir yataqxana, həmçinin üçmərtəbəli sosial xidmət mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Universitetin dünyanın 50-dən artıq ali təhsil müəssisəsi ilə əməkdaşlıq etdiyini deyən prorektor vurğulayıb ki, bir çox beynəlxalq təhsil təşkilatının üzvü, beynəlxalq proqramların və layihələrin iştirakçısı olan təhsil müəssisəsi məzunlarına geniş iş imkanları yaradır.

Şagirdlər ali təhsil ocağı ilə tanış olduqdan sonra konfrans zalında rektorla görüş keçirilib. Tədbirdə çıxış edən “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva universitetin fəaliyyəti, burada tələbələr üçün yaradılan şərait haqqında danışıb. Əksəriyyəti gənc kadrlardan ibarət professor-müəllim heyətinin 40 nəfərinin məhz universitetin öz məzunları olduğu bildirilib. Kadrların seçiminə xüsusi diqqət edildiyini, onların mütəmadi olaraq müxtəlif xarici universitetlərdə tətbiq olunan müasir yeniliklərlə tanış olduğu vurğulayan rektor daha sonra bu yeniliklərin “Naxçıvan” Universitetində tətbiqindən danışıb. Yeni yaradılan ixtisasların əmək bazarının tələblərinə uyğunluğunu diqqətə çatdırıb.

Keçirilən görüşdə şagirdlərin sualları cavablandırılıb, onlara ali təhsil müəssisəsi haqqında geniş məlumat verilib.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930