SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyəli professor “Heyvanlarda sınıq və çıxıqlar zamanı müalicə üsulları” adlı vebinar  keçib

Türkiyəli professor “Heyvanlarda sınıq və çıxıqlar zamanı müalicə üsulları” adlı vebinar  keçib
6-05-2021, 20:40

Naxçıvan Dövlət Universiteti “Təbiətşünaslıq və kənd təsərrüfatı” fakültəsində Qars Qafqaz Universiteti, Baytarlıq fakültəsinin professoru İsa Özaydının “Sınıq və çıxıqlarda müalicə üsulları” adlı vebinar təşkil edilib.

Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Universitetin Tədris şöbəsinin müdiri Şahin Əliyev vebinarı giriş sözüylə açaraq, hər iki universitet arasında olan əlaqələri yüksək qiymətləndirib. Qeyd edilib ki, ali təhsil ocağının “Baytarlıq” ixtisasının tələbələri hər il qardaş ölkənin universitetində təcrübə kursu keçirlər.

“Baytarlıq təbabəti” kafedrasının müdiri, baytarlıq üzrə fəlsəfə doktoru, dosent Yunis Rüstəmli "Tibb həkimləri yalnız insanları, baytar həkimləri isə bütün bəşəriyyəti müalicə edir" kəlamını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 Qeyd edilib ki, heyvanlarda olan yoluxucu xəstəliklərin 60 faizi insanlara keçir. Dünyada mövcud olan bioloji terrorizmin 70 faizinin heyvan mənşəli mikroblar olduğunu deyən kafedra müdiri baytarların üzərinə böyük yük düşdüyünü vurğulayıb.

Qars Qafqaz Universiteti, Baytarlıq fakültəsinin professoru İsa Özaydın bildirib ki, sınıq sümük toxumasının tamlığının pozulmasıdır. Bu zaman sümüyün anatomik forması dəyişir, ətrafdakı yumşaq toxumalar zədələnir və funksiya pozğunluğu baş verir. Qeyd edilib ki, zədənin xarakterindən asılı olaraq sınıqlar açıq və qapalı olur. Açıq sınıqlarda dərinin və dərində yerləşən yumşaq toxumaların tamlığı pozulur. Qapalı sınıqlarda isə əksinə dərinin tamlığı pozulmur, ancaq sınmış sümüyün iti kənarları yumşaq toxumaları zədələyə bilir. Sınıqların müalicəsindən danışan profesor bildirib ki, ən əvvəl heyvana ilk yardım göstərilməlidir. Bu məqsədlə yaranmış qanaxmalar dayandırılmalı, şok əleyhinə və ürək preparatlarından istifadə edilməlidir. Sınmış sümüyü müvəqqəti olaraq hərəkətsizləşdirmək üçün ətrafa dayaq qoyub sarımaq lazımdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930