SON DƏQİQƏ

naxcivanxeberleri.com

Magistraturaya ikinci qəbul imtahanında iştirak etmək üçün indiyədək 6747 nəfər qeydiyyatdan keçib

Magistraturaya ikinci qəbul imtahanında iştirak etmək üçün indiyədək 6747 nəfər qeydiyyatdan keçib
6-05-2021, 11:00

Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat davam edir.

DİM-dən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların qeydiyyatı mayın 8-dək internet vasitəsilə aparılır. Bu günə olan məlumata görə, imtahanda iştirak etmək üçün 6747 nəfər (Azərbaycan bölməsi - 6207; rus bölməsi – 540) qeydiyyatdan keçib.

Magistraturaya qəbul imtahanının ikinci cəhdi mayın 26-da (respublikamızda sanitar-epidemioloji vəziyyətdən asılı olaraq imtahanın vaxtı dəyişdirilə bilər) keçiriləcək və bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930