SON DƏQİQƏ

naxcivanxeberleri.com

 “Məktəblilərarası fənn müsabiqələri”ndə 147 muxtar respublika məktəblisi final mərhələyə vəsiqə qazanıb  

 “Məktəblilərarası fənn müsabiqələri”ndə 147 muxtar respublika məktəblisi final mərhələyə vəsiqə qazanıb  
5-05-2021, 20:48

Ümumtəhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında keçirilən  Məktəblilərarası fənn müsabiqələrinin I mərhələsinin nəticələri elan olunub. Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq keçirilən müsabiqədə  147 muxtar respublika məktəblisi final mərhələdə iştirak etmək hüququ qazanıb.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, müsabiqənin final mərhələsinin may ayının sonunda keçirilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında keçirilən müsabiqənin I mərhələsində muxtar respublikadan ümumilikdə 470 şagird öz bilik və bacarıqlarını nümayiş etdirmişdir. 

Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarət olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930