SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası “Kardioloji Mərkəz” publik hüquqi şəxsdə maarifləndirici tədbir keçirilib 

Naxçıvan Muxtar Respublikası “Kardioloji Mərkəz” publik hüquqi şəxsdə maarifləndirici tədbir keçirilib 
5-05-2021, 18:35

Naxçıvan Muxtar Respublikası “Kardioloji Mərkəz” publik hüquqi şəxsdə tibb işçilərinin iştirakı ilə səhiyyə müəssisələrində mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilmişdir. 

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi, dövlət qulluqçusu Azadə Cəfərova “Səhiyyə müəssisələrində mülki müdafiə və fövqəladə hallara hazırlıq  təhlükəsizliyin qarantıdır” mövzusunda iştirakçılara məlumat verib. Məruzədə qeyd olunub ki, tibb müəssisələrində mülki müdafiə tədbirlərinin planlaşdırılması və keçirilməsi, fövqəladə hallara hazırlıqla bağlı müəyyən olunmuş tələblərin yerinə yetirilməsi işçilərin fövqəladə hallarda təhlükəsizliyi üçün zəruri şərtdir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi, dövlət qulluqçusu Afaq Alməmmədova isə “Fərdi və kollektiv mühafizə vasitələri” mövzusunda tədbir iştirakçılarına məlumat verib. Məruzədə kimyəvi və radioaktiv zəhərlənmə zamanı tibb işçilərinin fərdi və kollektiv mühafizə vasitələrindən istifadəsi, fəaliyyəti və təhlükəsizliyi ətraflı şəkildə qeyd olunub.

Tədbirdə iştirakçılar tərəfindən verilən suallara aydınlıq gətirilərək cavablandırılmış və iştirakçılara mülki müdafiə və fövqəladə hallarla bağlı slaydlar təqdim olunmuşdur.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930