SON DƏQİQƏ

naxcivanxeberleri.com

NMİ-də doktorant və magistrantların III Regional konfransı keçirilib

NMİ-də doktorant və magistrantların III Regional konfransı keçirilib
30-04-2021, 20:41

Naxçıvan Müəllimlər İnstitutunda  “Təhsil, tədqiqat və innovasiyanın vəhdəti”  adlı doktorant və magistrantların  III Regional elmi konfransı keçirilmişdir.

İnstitutun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konfransda Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin  və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin doktorant və magistrantları iştirak etmişlər. Konfransı Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov açaraq hər il ənənəvi olaraq keçirilən eyniadlı konfransın məqsəd və məramından danışmışdır. Muxtar respublikada elm və təhsilə göstərilən dövlət qayğısından bəhs edən rektor magistr və doktorantların bu qayğıdan yetərincə yararlandığını qeyd etmişdir.

     Konfransın plenar içlasında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Hacıfəxrəddin Səfərli  çıxış etmişlər. Çıxışlarda gənc tədqiqatçıların fəaliyyəti üçün ölkəmizdə, o cümlədən muxtar respublikamızda yaradılmış şəraitdən bəhs edilmişdir. Qeyd olunmuşdur ki, hazırda muxtar respublikada fəaliyyət göstərən 3 ali təhsil və 1 elmi müəssisənin mükəmməl elmi infrasruktur və zəngin kadr potensialının imkanlarından yararlanmaqla gənc tədqiqatçılar böyük elmə aparan istiqamətdə uğurlu  addımlarını atırlar. Bu ali təhsil və elmi müəssisələrin hər birində doktorantura və müdafiə şuraları, elmi jurnallar və digər elmi infrastruktur vasitələri fəaliyyət göstərir. Sonra plenar iclasda “Kompüter texnologiyaları: tədris, tədqiq və tətbiq məsələlərinə innovativ yanaşma” mövzusunda Naxçıvan Müəllimlər İnstitutu İnnovasiya laboratoriyasının rəhbəri Səminə Rüstəmova, “Dünyada texnopark tətbiqləri” mövzusunda Naxçıvan Dövlət Universitetinin  baş müəllim İlham Süleymanov,  “Müasir ali təhsil müəssisəsinin innovasiya fəaliyyəti: inkişaf tendensiyalari” mövzusunda Naxçıvan Müəllimlər İnstitutunun  magistrantı Aytac Cəfərli  mərüzə etmişlər.

Konfrans öz işini bölmələlərdə davam etdirmişdir. 10 bölmədə 120-dən artıq mərüzə dinlənilmişdir. “İnformatika, İKT və veb texnologiyaları”,“Ümumpedaqoji problemlər və innovativ yanaşmalar”,  “Tərbiyəşünaslığın müasir problemləri: yeni baxışlar”,  “Təhsil və innovasiya: aktual  məsələlər”, “Pedaqoji psixologiya: tədqiq və tətbiq”,   “Dəqiq elmlər (fizika, riyaziyyat, astronomiya)  və fənlərin tədrisi məsələləri” və digər bölmələrdə mövzuların aktuallığı, innovativliyi, əhəmiyyətliliyi ilə seçilən məruzələr dinlənilmiş, təcrübəli alim və pedaqoqların rəhbərliyi altında geniş müzakirə edilmişdir.“İngilis filologiyası tədqiqat və tədris aspektlərində” adlı bölmədə müzakirələr ingilis dilində aparılmışdır. Konfransın yekun iclasında bölmə rəhbərlərinin məlumatları dinlənilmiş, məruzəçilərə iştiraketmə vərəqələri verilmişdir. Konfransın mövzusunun aktuallığını, əhatə dərəcəsinin genişliyini və elmi-praktik əhəmiyyətini nəzərə alaraq gələcəkdə davam etdirilməsi qərara alınmışdır. Konfrans materialları yaxın  ayrlca toplu şəklində nərş olunacaqdır.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31