SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində sərgi təşkil edilib

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində sərgi təşkil edilib
27-04-2021, 23:04

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə II kurs tələbələri ilə birgə kafedranın baş müəllimi Siddiqə Hacıyevanın ərsəyə gətirdikləri xalça və tikmə nümunələrindən ibarət sərgi təşkil edilib.

Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, sərgidə giriş sözüylə çıxış edən universitetin rektoru Elbrus İsayev ilk dəfə olaraq təşkil edilən sərgini “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər istiqamətində mühüm töhvə kimi dəyərləndirib. Qeyd edilib ki, ali təhsil ocağının “Texnologiya mərkəzi”ndə, İncəsənət fakültəsində təşkil edilən dərnəklərdə tələbələrin müxtəlif peşə vərdişlərinə cəlb olunması, həmçinin müvafiq ixtisaslar üzrə təcrübi bacarıqlarının qiymətləndirilməsi bizi sevindirir. Artıq universitetdə əl işlərinin nümayiş olunmasının ənənə halı aldığını diqqətə çatdıran rektor sərgidə əməyi olan müəllim və tələbələri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

Fakültənin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı  Cavid İsmayılov bildirib ki, tələbələr bu gün sərgilənən əl işlərini həm dərs prosesində, həm də Siddiqə müəllimin rəhbərliyi altında təşkil edilən dərnəkdə yaradıblar. Vurğulanıb ki, bugünkü sərginin fakültədə mütəmadi olaraq təşkil edilən sərgilərdən fərqi ondadır ki, tələbələr ilk dəfə olaraq xalçaçılığa dair əl işlərini nümayiş etdirirlər.

Təsviri incəsənət kafedrasının baş müəllimi Siddiqə Hacıyeva qeyd edib ki, sərgidə 50-yə yaxın dekorativ əl işləri, tikmələr, rəsm nümunələri nümayiş olunur. Naxçıvan xalçaları, xovlu, xovsuz xalçalar, şəddə, vərni, kilim, cecim, duz torbası və. s. növdə sərgilən əl işlərində xalçaçılıqda işlədilən ornamentlər öz əksini tapıb. Hər ornamentin özünün mənasına görə fərqləndiyini diqqətə çəkən xalçaçı rəssam vurğulayıb ki, naxışlarda əbədi həyat, güclük, birlik, müqəddəslik öz əksini tapıb.

Sonra müəllim və tələbələrin sərgi ilə bağlı fikirləri səsləndirilib, tapşırıq və tövsiyyələr dəyərləndirilib.

Sərgi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, sərgidə həmçinin Siddiqə Hacıyevanın müəllifi olduğu muxtar respublikanın xalçaçılıq xəritəsi yaradılıb. Orijinal üslubda yaradılan xəritədə Naxçıvanın rayonlarının özünəməxsus xalça ornamentləri öz əksini tapıb. Həmçinin, sərgidə milli ornamentlərin əks olunduğu kulinariya nümunələri də yer alıb.

 

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031