SON DƏQİQƏ

naxcivanxeberleri.com

DİM 32 şagirdin buraxılış imtahanı verəcəyi tarixi açıqlayıb

DİM 32 şagirdin buraxılış imtahanı verəcəyi tarixi açıqlayıb
23-04-2021, 16:19

Texniki xəta səbəbindən Bakı şəhəri 323 nömrəli tam orta məktəbin 32 nəfər XI sinif şagirdi aprelin 30-u və ya may ayında keçiriləcək əvvəlki illərin məzunları üçün nəzərdə tutulan imtahanda iştirak edə biləcəklər.

Bunu açıqlamasında Dövlət İmtahan Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.

Qeyd edək ki, adıçəkilən məktəbin şagirdlərinin valideynləri Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirmişdi. Nazirliyin əməkdaşları valideynləri qəbul edərək buraxılış imtahanlarında iştirak edə bilməməsi ilə bağlı yaranan problemi şagirdlərin xeyrinə müsbət həll etmişdi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı məlumatda isə məsələnin həllinə operativ yanaşmadığına görə məktəb rəhbərliyi haqqında müvafiq ölçü götürüləcəyi deyilmişdi.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31