SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi NDU üçün onlayn seminar keçib

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi NDU üçün onlayn seminar keçib
22-04-2021, 19:16


Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi müəllim və tələbələri üçün  Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev “Azərbaycan təsviri sənətinin naməlum səhifələri” mövzusunda onlayn seminar keçib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, fakültənin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı  Cavid İsmayılov seminarı giriş sözü ilə açaraq bu cür tədbirlərin keçirilməsinin müəllim və tələbələrin təcrübi peşə bacarıqlarının formalaşmasında mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Professor Ziyadxan Əliyev seminarda Yaxın və Orta Şərq xalqları incəsənətinin  maraqlı və zəngin hissəsini təşkil edən dünya incəsənəti tarixində özünəməxsus yer tutan Azərbaycan miniatür sənətindən danışıb və ən qədim miniatür nümunələri sadalanıb. Ölkəmizin təsviri sənət tarixinə öz töhvələrini vermiş Bəhruz Kəngərli, Səttar Bəhlulzadə kimi görkəmli rəssamların əsərləri geniş təhlil edilib. Naxçıvanda professional rəssamlığın təşəkkülünün Bəhruz Kəngərlinin adı ilə bağlı olduğunu bildirən professor vurğulayıb ki, rəssamın əsərlərində dövrün koloriti, öncül mövzuları əksini tapıb. Onun yaradıcılığında mənzərə və portret janrları üstünlük təşkil edir.

Həmçinin, Azərbaycan memarlarının müəllifi olduğu türbələr, məscidlər və hamamlar üzərinə boyalı kaşıdan işlənmiş ornament kompozisiyaları seminarın əsas mövzularından olub.

Seminar müəllim və tələbələrin sualları və müzakirələr şəklində davam edib.


 

 

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31