SON DƏQİQƏ

naxcivanxeberleri.com

"AMEA-nın professoru" adını almaq istəyənlər üçün müsabiqə elan edilib

9-04-2019, 14:30

"AMEA-nın professoru" adını almaq üçün müsabiqə elan edilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidməti məlumat yayıb. Məlumata görə, bu ad AMEA-nın Rəyasət Heyəti tərəfindən akademiyanın üzvü olmayan, elmi müəssisələrdə və ya ali məktəblərdə elmi və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan, elmi ictimaiyyət tərəfindən qəbul olunan milli və beynəlxalq səviyyəli elmi nailiyyətlər eldə etmiş, yüksəkixtisaslı elmi kadrların hazırlanmasında, elm və təhsilin vəhdətinin möhkəmləndirilməsində, dövlətçiliyin qorunmasında və inkişafında, habelə AMEA-nın əsas vəzifə və funksiyalarının həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş yaşı 50-dək olan elmlər doktorlarına veriləcək.

"AMEA-nın professoru" adına namizədlər elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən gizli səsvermə yolu ilə irəli sürülür.

"AMEA-nın professoru" adı Azərbaycan elminin inkişafında, beynəlxalq aləmdə onun nüfuzunun artırılmasında və dünya elminə inteqrasiyasında, habelə Azərbaycanın beynəlxalq elmi əlaqələrinin genişləndirilməsində xüsusi xidmətləri olan xarici ölkə alimlərinə də verilə bilər.

Namizədlərin irəli sürülməsi ilə bağlı aşağıdakı sənədlər mayın 10-dək AMEA-nın müvafiq elmi bölmələrinə (Bakı ş., İstiqlaliyyət küç., 30) təqdim edilməlidir:

– elmi tədqiqat və ya ali təhsil müəssisələri tərəfindən müşayiət məktubu;

– namizədin irəli sürülməsi haqqında müvafiq elmi şuranınqərarı;

– namizədin elmi əsərlərinin təsdiq olunmuşsiyahısı;

– namizədin hazırladığı elmi kadrların təsdiq olunmuşsiyahısı;

– kadr uçotu üzrə şəxsi vərəqə;

– 2 ədədfotoşəkil (6x9sm.);

– alitəhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin təsdiq olunmuş surətləri;

– tərcümeyi-hal;

– şəxsiyyət vəsiqəsinin surəti.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30