17:09 - 700 İLLİK MƏDƏNİYYƏT MƏBƏDİ
16:30 - İŞİD Kərkükdə hərbçiləri atəşə tutub, ölən və yaralananlar var
16:10 - Aşığın haqq aşiqliyi
15:40 - Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
15:12 - ÜST: Dünyada koronavirusla bağlı vəziyyət həyəcan doğurur
14:55 - Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
14:45 - Naxçıvan mətbəxində çay süfrəsi
14:18 - HƏR FƏSİLDƏ GÖZƏL OLAN NAXÇIVAN
14:00 - Çexiya 18 rus diplomatının ölkədən çıxarır
13:14 - Ağdamın Saybalı kəndi
13:00 - Sabahın hava proqnozu açıqlanıb
12:45 - Rusiyada son sutkada minlərlə insanda COVID-19 aşkarlandı
12:30 - Əfqanıstanda məscidə silahlı hücum zamanı səkkiz nəfər öldürülüb
12:16 - İranda güclü zəlzələ qeydə alınıb
12:00 - Ağdamda minaya düşən şəxslə bağlı araşdırma aparılır
Naxçıvan Müəllimlər İnstitutunda tələbələrin yeni startap layihələrinin təqdimatı keçirilib
Aprelin 7-də Naxçıvan Müəllimlər İnstitutu İnnovasiya Laboratoriyasının təşkilatçılığı ilə “Startap: İnnovativ gələcəyə doğru” mövzusunda maarifləndirici seminar keçirilmiş və tələbələrin yeni layihələrinin təqdimatı olmuşdur.
İnstitutun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, seminarı giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov açaraq Startap layihələrinin müasir dövrümüzdə mahiyyəti və əhəmiyyətindən, bu layihələrin elmin, iqtisadiyyatın inkişafındakı rolundan danışmış, tələbələri Startapla bağlı layihələrin, təqdimatların təşkilində fəal olmağa çağırmışdır.
Sonra institutun İnnovasiya laboratoriyasının aparıcı mütəxəssisi Səminə Rüstəmova Startap layihələri, onların necə tərtib olunması, hansı mərhələlərdən təşkil olunması, təqdimatlarının hazırlanması istiqamətində maarifləndirici məlumat vermiş, ölkəmizdə və dünyada məhşur olan Startap layihələri haqqında danışmışdır.
Konfransda startapçı tələbələr layihələrini təqdim etmiş, Naxçıvan Müəllimlər İnstitutunun saytında Startap layihələrinin qəbulu üçün nəzərdə tutulan “İdeya bankı” haqqında məlumat verilmiş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.