SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində 7 aprel Ümumdünya sağlamlıq günü qeyd edilib

Naxçıvan Dövlət Universitetində 7 aprel Ümumdünya sağlamlıq günü qeyd edilib
7-04-2021, 19:33

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində 7 aprel Ümumdünya sağlamlıq gününə həsr olunmuş “Sağlam həyat tərzi ilə əlaqədar maarifləndirici ədəbiyyatların təbliği” adlı kitab sərgisi keçirilib.

Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, fakültədə təşkil edilən sərgini giriş sözü ilə açan universitetin Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov qeyd edib ki, 1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının yaranması Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan bəri dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub.  Bildirilib ki, 2021-ci ildə Ümumdünya Sağlamlıq Günü yeni növ koronavirus (COVID-19) pandemiyasını yayılması ilə mübarizə mövzusuna həsr edilib və “Daha ədalətli və daha sağlam dünyanın qurulması” şüari ilə keçirilir.

“Universitet əməkdaşlarının müəllifi olduğu tibbi maarifləndirici ədəbiyyatların əhəmiyyəti” mövzusunda “Əczaçılıq və biokimya” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bəhruz Məmmədov çıxış edərək  universitetin Tibb fakültəsində fəaliyyət göstərən  kitabxananın müəllimlər və tələbələr üçün əhəmiyyətindən danışıb. Qeyd edilib ki, fakültənin kitabxanası 2000-ci ildə yaradılıb. Yarandığı ilk dövrlərdə kitabların sayı 500 olan kitabxananın  hal-hazırda 3000 kitab fondu var. Vurğulanıb ki, elmi ədəbiyyatların 2000-i azərbaycanca, 600-ü ingiliscə, 300-ü türkcə, 100-ü isə rus dilində olan nəşrlərdir.  

Daha sonra müəllim və tələbələrin kitab sərgisinə baxış olub. Təşkil olunan 4 sərgidə tibb əməkdaşlarının kitabları, tibbi maarifləndirici ədəbiyyatlar olmaqla ümumilikdə 100-dən çox kitab yer alıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930