SON DƏQİQƏ

naxcivanxeberleri.com

Magistratura səviyyəsi üzrə ikili diplom proqramına sənəd qəbulu davam edir

Magistratura səviyyəsi üzrə ikili diplom proqramına sənəd qəbulu davam edir
7-04-2021, 12:50

ABŞ-ın Corc Vaşinqton Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında magistratura səviyyəsi üzrə birgə təşkil edilən ikili diplom proqramı çərçivəsində 2021-2022-ci tədris ili üçün sənəd qəbulu davam edir.

Təhsil Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, sənədləri aprelin 20-dək təqdim etmək olar. Müsabiqədə bakalavriat səviyyəsinin təhsil, humanitar və sosial, iqtisadiyyat və idarəetmə, təbiət ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilərlər.

Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom proqramının müddəti 2 ildir. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.

İkili diplom proqramı ilə bağlı əlavə məlumat və müraciət qaydaları ilə Təhsil Nazirliyinin rəsmi saytında yer almış elan vasitəsilə tanış olmaq mümkündür.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930