19:30 - Misirdə qatar qəzasında 100-ə yaxın sərnişin xəsarət alıb
19:13 - Formula-1 Qran Prisinin Mayamidə keçiriləcəyi razılaşdırıldı
18:46 - NASA helikopterinin Marsda ilk uçuşu aprelin 19-na planlaşdırılıb
18:16 - Avropa çempionatı: Cüdoçumuz bürünc medal görüşünə vəsiqə qazandı
18:00 - Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
17:43 - Azərbaycanda koronavirusa 2 144 yeni yoluxma qeydə alınıb, 33 nəfər vəfat edib
17:30 - KƏNGƏRLİ KƏTƏSİ
17:09 - 700 İLLİK MƏDƏNİYYƏT MƏBƏDİ
16:30 - İŞİD Kərkükdə hərbçiləri atəşə tutub, ölən və yaralananlar var
16:10 - Aşığın haqq aşiqliyi
15:40 - Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
15:12 - ÜST: Dünyada koronavirusla bağlı vəziyyət həyəcan doğurur
14:55 - Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
14:45 - Naxçıvan mətbəxində çay süfrəsi
14:18 - HƏR FƏSİLDƏ GÖZƏL OLAN NAXÇIVAN
Naxçıvan Dövlət Universitetində “Torpaqların münbitliyinin qorunması və bərpası” mövzusunda tədbir keçirilib
Ali təhsil ocağının Memarlıq və mühəndislik fakültəsində Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə “Torpaqların münbitliyinin qorunması və bərpası” mövzusunda tədbir keçirilib.
Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin “Meliorasiya və geodeziya” kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Qadir Əliyev qeyd edib ki, hamilik çərçivəsində keçirilən görüşlər universitetdə artıq ənənə halını alıb.
Su ehtiyatlarından istifadə şöbəsinin müdiri Səttar Nəsirov “Torpaqların münbitliyinin qorunması və bərpası sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti” haqda çıxış edib. Qeyd olunub ki, muxtar respublika kənd təsərrüfatının inkişaf etdirilməsinin əsas yollarından biri də suvarma məsələləridir. Sudan düzgün, səmərəli və qənaətlə istifadə olunması günün əsas tələbidir. Diqqətə çatdırılıb ki, bu gün su mənbələrinin istifadəsi, mühafizəsi və bərpası sahəsində bir çox işlər həyata keçirilir, dövlət proqramları hazırlanır. 2012-ci ildən həyata keçirilən “ Naxçıvan Muxtar Respublikasında Selə Qarşı Tədbirlər, Suvarılan Ərazilərin Modernləşdirilməsi və Genisləndirilməsi” layihəsi çərçivəsində görülən işləri nümunə göstərmək olar.
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi Sevinc Tağıyeva “Son illərdə muxtar respublikaya və irriqasiya sistemlərinin qurulması və inkişafı” mövzusunda tələbələrə ətraflı məlumat verərək qeyd edib ki, meliorasiya və su təsərrüfatı respublikamızın iqtisadiyyatında, sosial iqtisadi inkişafında, əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatında mühüm rol oynayır. Həmçinin, bu kimi tədbirlər əhalinin işlə təmin olunması üçün də əlverişlidir. 2021-ci il 13 mart tarixində Ali Məclisi Sədrinin Sərəncamı ilə “2021-2025- ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramı”nın təsdiq edilməsi muxtar respublikada meliorasiya və su təsərrüfatı sahəsinin davamlı inkişafına təminat verir.
Sonra tələbələrin sualları cavablandırılıb və onlara bukletlər paylanılıb.