21:14 - Xilasetmə əməliyyatlarına kömək etmək üçün “Firefly” robotları hazırlanıb
20:35 - Türkiyə ilk dəfə olaraq "Akıncı" lazerlə idarə olunan raketi sınaqdan keçirib
19:50 - Ukrayna sərhədçiləri Rusiya hərbçilərinin şəxsi məlumatlarını daşıyan disk aşkarlayıb
18:32 - Qədim mətbəx ənənəsi-əriştə kəsmə
17:43 - Qardaş ölkə hərbçiləri ilə birgə təlimlər keçirilib-FOTO
17:22 - Bankomat kartı geri qaytarmırsa, nə etməli?
17:01 - “Təmiz Şəhər”in səlahiyyətləri artırılıb-FƏRMAN
16:47 - AZAL-ın İstanbul-Bakı reysi gecikir
16:20 - Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
15:49 - Kəngərli rayonu güclü aqrar regiona çevrilib
15:10 - "Əziz Şuşa" adlı beynəlxalq velosiped yarışı keçiriləcək
14:47 - Dərman preparatlarını gizlədərək keçirmək istədi-VİDEO
14:16 - DİM sədri buraxılış və qəbul imtahanlarında 700 bal toplanılmaması məsələsinə münasibət bildirib
Təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsinin Sədərək rayon turu keçirilib
18 mart 2021-ci il tarixdə Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbində təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsinin Sədərək rayon turu keçirilib.
Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi şagirdlərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanması, onların fərdi potensiallarının inkişafı, ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə keçirilib.
Müsabiqədə məktəblilərə öz potensiallarını nümayiş etdirmələri üçün “Naxçıvan: dünən və bu gün”, “Naxçıvan abidələri”, “Müasir Naxçıvan”, “Muxtar respublikamızın füsunkar təbiətinin təsviri” və “Milli-mənəvi dəyərlərimiz və adət-ənənələrimizin təsviri” mövzuları təqdim ediblər.
II mərhələdə Sədərək rayonu üzrə məktəbdaxili seçim mərhələsində fərqlənən 4 ümumtəhsil məktəbi üzrə 21 şagird 76-ya yaxın əl işi ilə iştirak edib. Bu mərhələdə məktəblilər rəsm, toxuma, tikmə, daş üzərində döymə, gips üzərində oyma, kağız fiqurlar və s. digər əl işləri ilə iştirak ediblər. Nümayiş olunan əl işləri münsiflər heyəti tərəfindən rəsmlərin mövzuya uyğunluğu, təkrarçılığın olmaması, yaradıcı iş, orijinallıq, keyfiyyət, aktuallıq, kompozisiyanın tamlığı və digər meyarlara görə qiymətləndirilib. Beləliklə, Sədərək rayon ümumtəhsil məktəbləri üzrə təsviri və dekorativ-tətbiqi sənətin hər biri üzrə 1 əl işi I, 2 əl işi II, 3 əl işi III, 5 əl işi isə həvəsləndirici yerə layiq görülüb. Rayon mərhələsində yer tutan əl işləri müsabiqənin muxtar respublika mərhələsində iştirak edəcək.
Sonda qaliblər diplom və fəxri fərmanlarla mükafatlandırılıblar.