23:33 - Gənclərin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi çərçivəsində intellektual yarışma keçirilib
22:27 - "Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
21:59 - Kitablar nəsillərin bir-birinə vəsiyyətidir
21:47 - “Xalq yaradıcılığı günləri”nə start verilib
21:23 - Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
20:33 - KİV: Avropa çempionatı daha bir şəhərdən alındı
20:07 - Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb
19:49 - "Azərbaycan Hava Yolları" London istiqamətində xüsusi reyslərin icrasına başlayır
19:27 - “Xiaomi” smartfonlarında kritik qüsur tapılıb
19:20 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
19:16 - Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi NDU üçün onlayn seminar keçib
18:55 - Əkin dövriyyəsinə qatılan yeni torpaqlar bol məhsula təminatdır - FOTO
18:53 - Külüsdə yeni nasos stansiyası istifadəyə verilib - FOTO
Bu gün “Naxçıvan” Universitetində şəhid Orxan Paşazadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib-FOTO
Tədbiri universitetin rektoru, dosent Nurlana Əliyeva açıb. Bildirib ki, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində təhsil aldığı müəssisələrin böyük rolu vardır. Uşaq yaşlarında orta məktəblərdə, gənclik illərində isə ali təhsil ocaqlarında onlara vətən sevgisi aşılanır. Biz fəxr edirik ki, təhsil verdiyimiz gənclər öz vətənpərvərliyi ilə fərqlənirlər.
Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, universitetin ilk şəhid məzunu olan Orxan da öz vətənpərvərliyi, nizam-intizamı ilə həmişə fərqlənib. Tələbə yoldaşlarının, müəllimləri və universitet rəhbərliyinin rəğbətini qazanıb. Hamının yaddaşında yaxşı xatirələrlə qalıb.
Nurlana Əliyeva Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Qazax Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olarkən, yəni 1 il bundan əvvəl, məhz bu gün şəhid olduğunu vurğulayıb.
Sonra universitetin prorektoru, Ali Məclisin deputatı Hüseyn Bağırsoylu və fakültə dekanı Yasin Babazadə çıxış ediblər.
Tədbirin yaddaqalan məqamlarından biri isə şəhidin atası ilə telefon bağlantısı yaradılması olub. Nazim Paşazadə belə bir tədbirin keçirilməsinə görə universitet rəhbərliyinə təşəkkür edib.Deyib ki, oğlunun xatirəsinin bu cür yad olunması şəhid ailəsinə üçün az da olsa təsəlli verir.
Ardınca söz şəhidin qrupyoldaşı Siyasət Hüseynova verilib.Tələbəlik illərində Orxanla bağlı xatirələrindən danışan Siyasət Hüseynov, şəhidin nizam-intizamı ilə digərlərindən həmişə fərqləndiyini deyib. Sonra söz tələbələrə verilib.
Tədbirin sonunda universitetin rektoru, dosent Nurlana Əliyeva bir daha şəhidlik zirvəsinin ucalığından danışıb. Onların xalqımız tərəfindən əbədi xatırlanacağını vurğulayıb.
Allah şəhidlərimizə rəhmət etsin !