23:47 - Kanada gələn həftə 300 min doza "Johnson & Johnson" peyvəndi alacaq
23:33 - Gənclərin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi çərçivəsində intellektual yarışma keçirilib
22:27 - "Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
21:59 - Kitablar nəsillərin bir-birinə vəsiyyətidir
21:47 - “Xalq yaradıcılığı günləri”nə start verilib
21:23 - Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
20:33 - KİV: Avropa çempionatı daha bir şəhərdən alındı
20:07 - Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb
19:49 - "Azərbaycan Hava Yolları" London istiqamətində xüsusi reyslərin icrasına başlayır
19:27 - “Xiaomi” smartfonlarında kritik qüsur tapılıb
19:20 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
19:16 - Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi NDU üçün onlayn seminar keçib
18:55 - Əkin dövriyyəsinə qatılan yeni torpaqlar bol məhsula təminatdır - FOTO
18:53 - Külüsdə yeni nasos stansiyası istifadəyə verilib - FOTO
Naxçıvan Müəllimlər İnstitutunda məktəb psixoloqları üçün seminar keçirilib-FOTO
5 mart 2021-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda “Məktəb psixoloqunun valideynlər və müəllimlər arasında apardığı psixoloji maarifləndirmə, psixoloji konsultasiya işinin xüsusiyyətləri” mövzusunda seminar keçirilib.
İnstitutun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, seminarda institutun Pedaqogika və psixologiya kafedrasının psixoloq müəllimləri və Naxçıvan Muxtar Respublikası orta ümumtəhsil məktəblərinin 20 nəfər psixoloqu iştirak etmişdir. Seminarı institutun ixtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Çapay Quliev açaraq bildirmişdir ki, müasir dövrdə psixologiya elminin sahələri sürətlə inkişaf edir və həmin sahələrdən biri də məktəbdə psixoloji xidmətdir. Yeni dövr məktəbdə psixoloji xidmətin təşkilini mütəmadi olaraq diqqətdə saxlamağı, müakirələr aparmağı, müasir dövrün tələblərinə uyğun olaraq yeniliklərdən xəbərdar olmağı özündə ehtiva edir. Bu gün məktəbdə sağlam psixoloji iqlim yaratmaq üçün valideynlərin məktəblə əlaqəsinin düzgün təmin edilməsi və müəllim-valideyn münasibətlərinin inkişaf etdirilməsi günün ən aktual məsələlərindəndir. Bu münasibətlərin düzgün qurulması isə məktəb psixoloqlarının biliklərinin müasir amillər nəzərə alınmaqla təkmilləşməsi əsasında mümkündür.
Sonra institutun Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Nüşabə Məmmədova “Məktəb psixoloqunun valideynlər və müəllimlər arasında apardığı psixoloji maarifləndirmə, psixoloji konsultasiya işinin xüsusiyyətləri” mövzusunda çıxış edərək qeyd etmişdir ki, məktəb psixoloqunun vəzifələri içərisində şagirdlərin məktəbə adabtasiyasında, çətin tərbiyə olunan uşaqların tərbiyə olunmasında valideyn və müəllimlər arasında aparılan psixoloji maarifləndirmə və psixoloji konsultasiya işi xüsusi əhəmiyyət kəsb edir. Maarifləndirmə və konsultasiya işini həyata keçirmək üçün məktəb psixoloqu valideynləri və müəllimləri maarifləndirici materiallarla təmin etməli, müxtəlif yaş dövrlərinin psixoloji xüsusiyyətləri haqqında söhbətlər aparmalı, valideyn-məktəb əlaqələrinin qurulması üçün mütəmadi tədbirlər həyata keçirməlidir.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılmış, məktəb psixoloqlarını maraqlandıran suallar cavablandırılmışdır.