22:27 - "Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
21:59 - Kitablar nəsillərin bir-birinə vəsiyyətidir
21:47 - “Xalq yaradıcılığı günləri”nə start verilib
21:23 - Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
20:33 - KİV: Avropa çempionatı daha bir şəhərdən alındı
20:07 - Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb
19:49 - "Azərbaycan Hava Yolları" London istiqamətində xüsusi reyslərin icrasına başlayır
19:27 - “Xiaomi” smartfonlarında kritik qüsur tapılıb
19:20 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
19:16 - Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi NDU üçün onlayn seminar keçib
18:55 - Əkin dövriyyəsinə qatılan yeni torpaqlar bol məhsula təminatdır - FOTO
18:53 - Külüsdə yeni nasos stansiyası istifadəyə verilib - FOTO
18:33 - Muxtar respublika yazıçıları ilə şagirdlərin görüşü olub
“Naxçıvan” Universitetində start verilən “880 illik dəyər – Nizaminin Xəmsəsi” adlı silsilə tədbirlər layihəsi çərçivəsində bu gün yekun tədbir keçirilib
“Naxçıvan” Universitetində start verilən “880 illik dəyər – Nizaminin Xəmsəsi” adlı silsilə tədbirlər layihəsi çərçivəsində bu gün yekun tədbir keçirilib.
Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü universitetin rektoru, dosent Nurlana Əliyeva açıb. Bildirib ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə dövlət başçısı İlham Əliyevin 05 yanvar 2021ci il tarixli sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib.
Rektor qeyd edib ki, bu layihə çərçivəsində 1-5mart tarixlərində keçirilən tədbirlərin əsas məqsədi Nizami Gəncəvinin zəngin yaradıcılığının gənc nəsilə çatdırılması, bu kimi şəxsiyyətlərin milli- mədəni tariximizdəki rolunu onlara aşılamaqdır.
Sonra “Xəmsə” milli intellektual oyunu keçirilib. Nəticələrə əsasən “Qarabağ” komandası 1ci yerə, “Xarı bülbül” komandası 2ci yerə, “Şuşa” komandası 3cü yerə, “Zəfər” komandası isə 4cü yerə sahib olub.
Tədbirdə 5 gün ərzində seçilən, fəal tələbələr və qalib komandalar diplomla təltif edilib.
Sonda Nurlana Əliyeva bir daha Nizami Gəncəvi yaradıcılığının ədəbiyyatımızdaki xüsusi yeri olduğunu, bu yaradıcılığın mütəmadi olaraq təbliğ və tədqiq olunmasının zəruriliyini xatırladıb. Bu cür tədbirlərin il ərzində davam edəcəyini bildirib. Bununla da “Naxçıvan” Universitetində start verilən “880 illik dəyər – Nizaminin Xəmsəsi” adlı silsilə tədbirlər layihəsi sona çatıb.
Xatırladaq ki, layihə çərçivəsində 5 gün ərzində açılış tədbiri, tələbələrin əl işlərindən ibarət rəsm sərgisi, “Hikmət və nəsihətlər” və “Sirlər xəzinəsi” kitablarının müzakirəsi, “Xeyir və Şər” ısırinin səhnələşdirilməsi və “Xəmsə” milli intellektual oyunu keçirilib.