SON DƏQİQƏ

naxcivanxeberleri.com

İğdır Universiteti ilə birgə “Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı” mövzusunda onlayn seminar keçirilib

İğdır Universiteti ilə birgə “Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı” mövzusunda onlayn seminar keçirilib
5-03-2021, 16:02

Naxçıvan Dövlət Universiteti və İğdır Universitetinin birgə qoşulduğu “Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı” mövzusunda onlayn seminar siyasət, ticarət, mədəniyyət və turizm istiqamətlərində keçirilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev öz çıxışında  qazandığımız zəfərin əldə olunmasında qardaş Türkiyənin Azərbaycana verdiyi psixoloji və mənəvi dəstəyi xüsusi  qiymətləndirib. Qeyd edilib ki, bu müharibədə Azərbaycan təkcə öz tarixi torpaqlarını deyil,  tarixi ədaləti, döyüş gücünü, xalqımızın müdrikliyini ortaya qoydu. Rektor Azərbaycan-Türkiyə dostluğunun dünya ölkələrinə nümunə olduğunu qeyd edib. Vurğulanıb ki, Naxçıvan dəhlizi Türkiyə ilə Azərbaycan arasında ikitərəfli ticarət əlaqələrinin daha sürətli inkişafına imkan yaradacaq və ölkələrarası turizm əlaqələrin genişlənməsinə ciddi təkan verəcək.
İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma Türkiyənin hər zaman Azərbaycana maddi və mənəvi dəstək olacağını bildirib. Rektor xalqımızı Azərbaycanın 44 günlük mübarizədə qalib olması münasibətilə təbrik edib.
Azərbaycanın Qarsdakı Baş Konsulu Nuru Quliyev çıxışında bildirib ki, Türkiyənin Azərbaycanın yanında olmağı, ona hər zaman öz dəstəyini göstərməyi Azərbaycanın 30 illik həsrətinə son qoyulmasında böyük rol oynadı.
İğdır Valisi Hüseyn Engin Sarıibrahim, İğdır millət vəkili Dursun Akdemir, Doğu Anadolu Projesi (DAP) Başkanı Prof.Dr. Osman Demirdöyen Türkiyənin qardaş ölkə olan Azərbaycana göstərdiyi diplomatik dəstəyinin əhəmiyyətini nəzərə çatdırıblar. Bu zəfərin nəticəsində imzalanmış müqaviləyə əsasən Naxçıvan korridorunun yaradılmasının təkcə Azərbaycan üçün deyil, həm də Türkiyə üçün əhəmiyyəti vurğulanıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930