SON DƏQİQƏ

naxcivanxeberleri.com

 “Naxçıvan” Universitetində maarifləndirici tədbir keçirilib-FOTO

 “Naxçıvan” Universitetində maarifləndirici tədbir keçirilib-FOTO
5-03-2021, 13:42

 “Naxçıvan” Universiteti və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin birgə təşkilatçılığı ilə yol hərəkəti təhlükəsizliyi haqqında maarifləndirici tədbir keçirilib.

Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə universitetin prorektoru, Ali Məclisin deputatı Hüseyn Bağırsoylu açıb. Bildirib ki, yol hərəkəti təhlükəsizliyi qaydaları diqqət etməli olduğumuz ciddi qaydalardır.  Günümüzdə isə mobil telefonlardan, qulaqcıqlardan istifadə, piyada xətlərindən düzgün istifadə olunmaması  yol hərəkəti təhlükəsizliyini ciddi şəkildə pozan başlıca amillərdəndir. Bu baxımdan da bu cür tədbirlərin keçirilməsi xüsusən gənclərin maarıfləndirilməsi baxımından önəmlidir.

    Sonra söz Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş leytenantı Ayaz İsmayılova verilib. Ayaz İsmayılov yol hərəkəti təhlükəsizliyi nədir, nələr bu təhlükəsizliyi pozur mövzusunda çıxış edib.

     Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930