23:33 - Gənclərin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi çərçivəsində intellektual yarışma keçirilib
22:27 - "Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
21:59 - Kitablar nəsillərin bir-birinə vəsiyyətidir
21:47 - “Xalq yaradıcılığı günləri”nə start verilib
21:23 - Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
20:33 - KİV: Avropa çempionatı daha bir şəhərdən alındı
20:07 - Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb
19:49 - "Azərbaycan Hava Yolları" London istiqamətində xüsusi reyslərin icrasına başlayır
19:27 - “Xiaomi” smartfonlarında kritik qüsur tapılıb
19:20 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
19:16 - Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi NDU üçün onlayn seminar keçib
18:55 - Əkin dövriyyəsinə qatılan yeni torpaqlar bol məhsula təminatdır - FOTO
18:53 - Külüsdə yeni nasos stansiyası istifadəyə verilib - FOTO
İmtahanların vaxtında və şəffaf şəkildə keçirilməsi diqqətdə saxlanılır
Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi aidiyyatı vəzifələrin icrasını fevral ayı ərzində də uğurla həyata keçirib.
Naxçıvan Muxtar RespublikasıDövlət İmtahan Mərkəzinin Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət davam etdirilib və 1 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 2 qərarı dəyişdirilib.
Fevralın 24-dən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 14 oktyabr 2020-ci il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsi başlayıb. 103 vəzifənin tutulması üçün ümumilikdə 341 namizədin iştirak etdiyi müsahibə mərhələsi martın 13-ə qədər davam edəcək.
Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uğun olaraq təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarının keçirilməsi fevral ayında da davam edib. Martın 1-ə qədər ümumilikdə 2944 təhsilverən sertifikasiya imtahanında iştirak edib. Onlardan 1539-u müvafiq keçid balını toplayıb. Muxtar respublika üzrə riyaziyyat müəllimlərinin, ibtidai sinif müəllimlərinin və Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin sertifikasiyası tam başa çatdırılıb.
Fevral ayı ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğu sahəsində təşkil olunmuş hazırlıq kurslarında ümumilikdə 66 nəfər, müəllimlərin işə qəbulu və sertifikasiyası üçün keçirilən sınaq imtahanlarında isə 112 nəfər iştirak edib.