SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan” Universitetində “Nəriman Həsənzadə-90” adlı elmi konfrans keçirilib-FOTO

“Naxçıvan” Universitetində “Nəriman Həsənzadə-90” adlı elmi konfrans keçirilib-FOTO
3-03-2021, 20:40

“Naxçıvan” Universitetində “Nəriman Həsənzadə-90” adlı elmi konfrans keçirilib.

Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konfransı giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açıb. Bildirib ki, Nəriman Həsənzadə ədəbiyyatımızda öz dəsti-xəttini yaratmış, əsərləri ilə hər zaman diqqət çəkmişdir. Əsərlərində milli-mənəvi ucalığa çağırış, vətənpərvərlik ,həssaslıq, insani dəyərlər, məhəbbət kimi mövzular əsas yer tutmuşdur. Məhəbbət şairi kimi tanınan şairin, tarixi mövzuda yazdığı əsərləri də oxucuların sevimli əsərləri arasında yer alır.

    Sonra çıxış üçün söz Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Sədaqət Həsənovaya verilib. “Nəriman Həsənzadə və ədəbi dilimiz” mövzusunda çıxış edən professor şairin yaradıcılığı ilə bağlı maraqlı məqamları iştirakçıların diqqətinə çatdırıb. Ədəbi dilimizin zənginləşməsində Nəriman Həsənzadənin rolundan danışıb.

   Konfrans şairin həyat və yaradıcılığından bəhs edən slayd nümayişi ilə davam edib. Ardınca universitetin magistrantları Aynurə Məmmədova “Nəriman Həsənzadə - məhəbbət şairi kimi” , Alim Abdullayev isə “Nəriman Həsənzadənin yaradıcılığında tarixilik” mövzularında çıxış ediblər.

    Sonra tələbələr şairin ən sevilən şeirlərini qiraət ediblər.

   Universitetin rektoru, dosent Nurlana Əliyevanın çıxışı ilə konfransa yekun vurulub.

 

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930