SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan” Universitetində start verilən “880 illik dəyər – Nizaminin Xəmsəsi” adlı silsilə tədbirlər layihəsi davam edir

“Naxçıvan” Universitetində start verilən “880 illik dəyər – Nizaminin Xəmsəsi” adlı silsilə tədbirlər layihəsi davam edir
2-03-2021, 23:51

Bu gün layihə çərçivəsində növbəti tədbir keçirilib. Tədbiri giriş sözü universitetin rektoru, dosent Nurlana Əliyeva açıb. Bildirib ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə dövlət başçısı İlham Əliyevin  05 yanvar 2021ci il tarixli sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib.

Rektor qeyd edib ki, bu layihə çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi Nizami Gəncəvinin zəngin yaradıcılığının gənc nəsilə çatdırılması, bu kimi şəxsiyyətlərin milli- mədəni tariximizdəki rolunu onlara aşılamaqdır.

Daha sonra tələbələrindən rəsmlərindən ibarət sərgiyə baxış olub.

Tədbirin sonunda Naxçıvan Rəssamlar Birliyinin təşkil etdiyi sərgi-müsabiqənin qalibi, “Naxçıvan” Universitetinin tələbəsi Məhəmməd Həsənliyə diplom və hədiyyə təqdim olunub.

 Xatırladaq ki, “Naxçıvan” Universitetində start verilən “880 illik dəyər – Nizaminin Xəmsəsi” adlı silsilə tədbirlər layihəsi 1-5 mart tarixlərində reallaşdırılacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930