SON DƏQİQƏ

naxcivanxeberleri.com

Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin şagirdləri arasında dram müsabiqəsi keçirilib-FOTO

Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin şagirdləri arasında dram müsabiqəsi keçirilib-FOTO
1-03-2021, 21:07

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə 1 mart 2021-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin şagirdləri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında dram müsabiqəsinin şəhər mərhələsi keçirilib.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Azərbaycan  və dünya xalqlarının ədəbiyyatları, şifahi xalq ədəbiyyatı, klassik və müasir ədəbiyyat və “Oxunması zəruri olan kitabların siyahısı”a daxil edilən əsərlərin məktəblilər arasında təbliği, məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanması məqsədilə keçirilən müsabiqənin seçim mərhələsi yanvar ayı ərzində keçirilmiş və seçilmiş səhnələr şəhər mərhələsində iştirak etmək hüququ qazanmışdır. Bu gün keçirilən şəhər mərhələsində isə 5 məktəb üzrə 54 şagird iştirak edib.  

Bu mərhələdə Heydər Əliyev adına Hərbi Lisey üzrə Mirvari Dilbazinin “Xocalı fəryadı”, Heydər Əliyev adına tam orta məktəb üzrə Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, Naxçıvan Qarnizonu tam orta məktəbi üzrə Süleyman Rüstəmin “Ana və poçtalyon”, Naxçıvan Qızlar Liseyi üzrə Hüseyn Cavidin “Qız məktəbində”, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey üzrə isə Hüseyn Cavidin “Topal Teymur” əsərləri səhnələşdirilib.

Şərtlərə görə müsabiqədə məktəblilərin qiymətləndirilməsi onların geyimi, aktyor oyunu və obrazlı ifasına, səhnə danışığına riayət edilməsi, səhnə və musiqi tərtibatı meyarlarına görə aparılıb.

Müsabiqənin şəhər mərhələsində I yerə Heydər Əliyev adına Hərbi Lisey, II yerə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey, III yerə isə Heydər Əliyev adına tam orta məktəb, Naxçıvan Qarnizonu tam orta məktəbi və Naxçıvan Qızlar Liseyi layiq görülüb. Qaliblər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diplomları ilə mükafatlandırılıblar.

I yerə layiq görülən Heydər Əliyev adına Hərbi Lisey üzrə Mirvari Dilbazinin “Xocalı fəryadı” səhnəsi müsabiqənin 8 aprel 2021-ci il tarixdə keçiriləcək muxtar respublika mərhələsində iştirak edəcək.

Qeyd edək ki, dram müsabiqələrinin təşkil olunması eyni zamanda ümumtəhsil məktəblərinin müxtəlif məktəbdənkənar istiqamətlər üzrə aktiv yaradıcılıq fəaliyyətinə cəlb olunması ilə fərdi potensiallarının sistemli inkişafını formalaşdırmaqda mühüm rol oynayır.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930