SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan” Universitetində “880 illik dəyər – Nizaminin Xəmsəsi” adlı konfransın açılış mərasimi keçirilib-FOTO

“Naxçıvan” Universitetində “880 illik dəyər – Nizaminin Xəmsəsi” adlı konfransın açılış mərasimi keçirilib-FOTO
1-03-2021, 17:50

Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 1-5 mart tarixlərində təşkil olunacaq konfransı giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açıb. O bildirib ki, ölkəmizdə bütün sahələr kimi ədəbiyyata da xüsusi diqqət var. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə dövlət başçısı İlham Əliyevin  05 yanvar 2021ci il tarixli sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Rektor Nizami Gəncəvi yaradıcılığı, onun zəngin irsi haqqında qısa məlumat verdikdən sonra çıxış üçün söz Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Sədaqət Həsənovaya verilib. O bildirib ki, Nizami Gəncəvi yaradıcılığı yalnız Azərbaycan ədəbiyyatı üçün yox, həm də dünya ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə sahibdir. Onun yaratdığı əsərlər bu gün də geniş tədqiq və təbliğ olunur.

Sonra dosent Əli Həşimlinin “Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsi” mövzusunda çıxışı dinlənilib.

Tədbirin sonunda universitetin rektoru, dosent Nurlana Əliyeva 5 gün davam edəcək silsilə tədbirlər haqqında da iştirakçılara məlumat verib.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930