SON DƏQİQƏ

naxcivanxeberleri.com

DİM bir nəfər üçün imtahan keçirib

DİM bir nəfər üçün imtahan keçirib
1-03-2021, 12:48

Dövlət İmtahan Mərkəzində növbəti GRE: General test imtahanı keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, imtahan bu gün DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

COVID-19-la əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İmtahanda 1 nəfər iştirak edib. İmtahan nəticələrini 10-15 gün ərzində ETS-in saytında onlayn şəkildə öyrənmək mümkündür.

Növbəti GRE imtahanının martın 26-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə etmək mümkündür: 

http://www.dim.gov.az/activities/exams/GRE/

Qeyd edək ki, GRE (Graduate Record Examinations) imtahanı dünyanın bir çox ali təhsil müəssisələrində magistr, MBA, doktorantura təhsilini almaq üçün tələb olunur və təqaüdlərin verilməsi zamanı diqqət yetirilən göstəricilərdən biridir. GRE: ümumi testi 160-dan çox ölkənin 1000-dən artıq test mərkəzində keçirilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930