SON DƏQİQƏ

naxcivanxeberleri.com

NDU tələbələri arasında  Nizami Gəncəvi irsiylə əlaqədar foto-slayd müsabiqəsinə yekun vurulub

NDU tələbələri arasında  Nizami Gəncəvi irsiylə əlaqədar foto-slayd müsabiqəsinə yekun vurulub
25-02-2021, 19:03


NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbir universitet Tələbə Gənclər Təşkilatının şairin həyat və yaradıcılığına həsr edilmiş slaydların təqdimatına həsr olunub. Tədbiri giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi ili” elan edilməsi haqda Sərəncamını diqqətə çatdırıb. Qeyd edilib ki, şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Vurğulanıb ki, şairin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaradıb. Rektor vurğulayıb ki, Azərbaycan klassik ədəbi, mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyndən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib. Ulu öndərin təşəbbüsü və iştirakı ilə 1981-ci ildə ölməz sənətkarın 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatında əlamətdar hadisəyə çevrilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş şəkildə qeyd edilib. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görüldüyün diqqətə çatdıran rektor qeyd edib ki, şairin əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanıb, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb. Rektor tələbələrin yaradıcılıq işlərini yüksək qiymətləndirib və onlara uğurlar arzulayıb.

“Nizami və Azərbaycan – Şərq intibahı” mövzusunda çıxışında Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Əsgər Qədimov dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin müxtəlif xarici ölkələrin kitabxana, arxiv və muzeylərində saxlanılan əlyazma nüsxələri, ona həsr olunan elmi tədqiqat əsərləri barədə çıxış edib.  Eyni zamanda, şairin Şərq, eləcə də Azərbaycan əlyazma kitab mədəniyyətinə əvəzsiz töhfələr verdiyi vurğulanıb. Söz sənəti, kitab, mütaliə, kitabxana ilə bağlı müdrik kəlamlar müəllifi olan Nizaminin bu mövzularla bağlı söylədiyi bir sıra fikirlər diqqətə çatdırılıb.

Universitet Tələbə Gənclər Təşkilatının sədri, “Hüquq” kafedrasının müəllimi Əziz Qasımov bildirib ki, layihənin əsas məqsədi tələbələrin Nizami irsi barədə daha məlumatlı olması və dahi şairin yaradıcılığını daha dərindən mənimsəməsidir.

Münsiflər heyətinin qərarına əsasən təqdim edilən slaydlar yaradıcılıq, mövzu rəngarəngliyi, proqramlardan istifadə bacarığı istiqamətindən dəyərləndirilib. “İnformasiya texnologiyaları sistemləri mühəndisliyi” ixtisası üzrə I kurs tələbəsi Gülçin Kərimzadə müsabiqənin qalibi olub. “Əczaçılıq” ixtisası üzrə I kurs tələbəsi İslam İsmayılov II, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Nəzifə Sadiqova isə III yerə çıxıb

Sonda tələbələr rektor tərəfindən universtetin diplomu və kitabla mükafatlandırılıb.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930