SON DƏQİQƏ

naxcivanxeberleri.com

Təcrübəçi tələbələrə məktəblərdə təcrübə-sınaq dərsləri keçirilir

Təcrübəçi tələbələrə məktəblərdə təcrübə-sınaq dərsləri keçirilir
25-02-2021, 18:21

Bildiyimiz kimi Naxçıvan şəhər ümumtəhsil məktəblərində pedaqoji ixtisaslar üzrə təhsil alan təcrübəçi tələbələrin öyrəndikləri nəzəri biliklərin tətbiqi yolu ilə ixtisaslarını dərindən mənimsəmələri və peşəkar müəllim kimi inkişaf etmələrinə şərait yaratmaq məqsədilə “Sabahın müəllimi” layihəsi davam edir.

Hər il olduğu kimi, bu tədris ilində də Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Universitetindən ümumilikdə 376 tələbə fevralın 16-dan mayın 22-dək Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan Qızlar Liseyində, Naxçıvan şəhər ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçirlər.

Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə 25 fevral 2021-ci il tarixdə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə “Naxçıvan” Universitetinin Kimya və Biologiya ixtisasları üzrə təcrübədə olan tələbələri və məktəbin şagirdləri tərəfindən laborator və açıq hava şəraitində müxtəlif təcrübələr aparılıb.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova layihənin məqsədi və keçirilməsi haqqında məlumat verərək təcrübəçi tələbələrə uğurlar arzulayıb.

Sonra Naxçıvan Universitetinin metodisti, biologiya üzrə fəlsəfə doktoru, dosent Fəridə Səfərova, məktəbin Kimya müəllimləri Ləli Zalova, Nazilə Talıbova, Biologiya müəllimi Gülər Haqverdiyeva  və Naxçıvan Universitetinin tələbələri və şagirdləri birlikdə hazırladıqları 13 təcrübəni təqdim ediblər.

Təcrübə zamanı kimya fənni üzrə məhlulların qələvi və ya turşu xassəli olmasının təyini, benzoy turşusunun sublimasiyası laboratoriya şəraitində, kalium-permanqanatla hidrogen-peroksidin qarşılıqlı təsirindən oksigen qazının alınması, ammonium-bixromatın parçalanması, yandırıcı vasitələrdən istifadə etmədən alovun alınması reaksiyaları isə açıq havada aparılıb.

Həmçinin biologiya fənni üzrə təcrübəçi tələbələr tərəfindən məktəb laboratoriyasında yarpaqdan xlorofilin ayrılması, nişastanın, qidalarda üzvi maddələrin, bioloji indikatorlarla mühitin təyini, zülalların denaturasiyası, qaraciyərdə katalaza fermentinin hidrogen-peroksidə təsiri, bitki hüceyrəsində turqor təzyiqinin müşahidə olunması, yarpaq hüceyrəsindəki ağızcıqlara qliserinin təsirinin mikroskop vasitəsilə izlənməsi təcrübələri aparılıb.

Təcrübə iştirakçılar tərəfindən çox maraqla izlənilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930