23:30 - Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Nazirlər Kabineti
22:54 - İxrac iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilir
21:46 - Naxçıvan Müəllimlər İnstitutunda müxtəlif idman növləri üzrə yarışlara start verilib
21:17 - Üç növdə şəhər birinciliyi keçirilib
20:40 - “Naxçıvan” Universitetində “Nəriman Həsənzadə-90” adlı elmi konfrans keçirilib-FOTO
20:33 - Babək rayonunda maarifləndirici tədbir keçirilib
20:27 - Ucqar dağ kəndinin yeni mənzərəsi
19:47 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
19:15 - Dubayda koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb
19:01 - Təbii Ehtiyatlar İnstitutunda elmi-praktiki seminar keçirilib
18:43 - Ermənistan müxalifəti parlamentin qarşısında etiraz aksiyası keçirir
18:14 - Prezident İlham Əliyev: Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik
18:05 - Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub
17:59 - Prezident İlham Əliyev: Pakistanla birgə hərbi təlimlər üzərində düşünürük
Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında dram müsabiqəsinin şəhər mərhələsi keçirilib
Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə 22 fevral 2021-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində məktəblilərin dram müsabiqəsinin şəhər mərhələsi keçirilib.
Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan və dünya xalqlarının ədəbiyyatları, şifahi xalq ədəbiyyatı, klassik və müasir ədəbiyyat və “Oxunması zəruri olan kitabların siyahısı”a daxil edilən əsərlərin məktəblilər arasında təbliği, məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanmasından ibarət olub.
Müsabiqənin məktəbdaxili seçim mərhələsi 11-15 yanvar 2021-ci il tarixlərdə Naxçıvan şəhər ümumtəhsil məktəblərində keçirilib.
Məktəbdaxili seçim mərhələsində Naxçıvan şəhəri üzrə 17 ümumtəhsil məktəbindən V-XI sinif şagirdləri iştirak etmişdir. Bu mərhələdə iştirak edən şəhər ümumtəhsil məktəblərindən 2 nömrəli tam orta məktəb üzrə N.Gəncəvinin “Sirlər xəzinəsi” əsərindən “Sultan Səncər və qarı”, 4 və 10 nömrəli tam orta məktəblər üzrə M.F.Axundovun “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli şah”, 8 nömrəli tam orta məktəb üzrə N.Gəncəvinin əsərlərindən hazırlanmış “Kompazisiya” I mərhələdə qalib olaraq seçilmiş və müsabiqənin II mərhələsində iştirak etmək hüququ qazanmışlar.
Müsabiqədə məktəb şagirdlərinin qiymətləndirilmə mərhələsi onların geyimi, aktyor oyunu və obrazlı ifasına, səhnə danışığına riayət edilməsi, səhnə və musiqi tərtibatı meyarlarına görə aparılmışdır.
Müsabiqənin şəhər mərhələsində I yerə 10 nömrəli tam orta məktəb, II yerə 2 nömrəli tam orta məktəb, III yerə 4 nömrəli tam orta məktəb, həvəsəndirici yerə isə 8 nömrəli tam orta məktəb layiq görülmüşdür. Qalib olan ümumtəhsil məktəbləri Naxçıvan Şəhər Təhsil Şöbəsinin diplomları ilə mükafatlandırılmışdır.
Müsabiqədə I yerə layiq görülən 10 nömrəli tam orta məktəb M.F.Axundovun “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli şah” səhnəsi ilə 8 aprel 2021-ci il tarixdə keçiriləcək müsabiqənin muxtar respublika mərhələsində iştirak edəcək.
Qeyd edək ki, dram müsabiqələrinin təşkil olunması eyni zamanda ümumtəhsil məktəblərinin müxtəlif məktəbdənkənar istiqamətlər üzrə aktiv yaradıcılıq fəaliyyətinə cəlb olunması ilə fərdi potensiallarının sistemli inkişafını formalaşdırmaqda mühüm rol oynayır.