19:35 - Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb
19:03 - NDU tələbələri arasında Nizami Gəncəvi irsiylə əlaqədar foto-slayd müsabiqəsinə yekun vurulub
18:43 - Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
18:21 - Təcrübəçi tələbələrə məktəblərdə təcrübə-sınaq dərsləri keçirilir
18:07 - “Xocalı soyqırımı bütün bəşəriyyətin ən qanlı faciələrindən biridir”
17:58 - “Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
17:30 - Yerevanda etirazçılar yolları bağlayır
17:21 - Ölkədə peyvənd olunanlar daha çox bu yaşda olanlardır - STATİSTİKA
17:11 - Naxçıvan Müəllimlər İnstitutunda Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib
17:06 - Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb
17:00 - Şahbuz rаyоnundа mааrifləndirici tədbirlər dаvаm еdir
16:55 - Oksigenlə zəngin hava şəraiti gözlənilir
16:49 - Böyükşor və Zığ gölləri ilə bağlı fərman və sərəncamda dəyişiklik edildi
16:47 - Azərbaycan Prezidenti: “Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb”
16:43 - Prezident İlham Əliyev: Hər zaman şəhid ailələrinin üzvləri və müharibə əlillərinin yanında olacağam
Naxçıvan Müəllimlər İnstitutunda konfrans keçirilib
Bugün Naxçıvan Müəllimlər İnstitutunda “Təlimin səmərəliliyinin artırılmasında elektron vasitələrdən istifadə” adlı konfrans keçirilib.
Konfransda institutun və Naxçıvan Muxtar Respubliksı Təhsil Nazirliyinin əməkdaşları, həmçinin orta ümumtəhsil məktəblərinin müəllimləri iştirak edib.
İnstitutun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konfransı İnstitutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Çapay Quliyev açaraq bildirib ki, təhsilin elektronlaşması xüsusi dövlət qayğısı ilə əhatə olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında təhsil müəssisələrinin maddi-texniki bazası təkmilləşdirilib, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xeyli dərəcədə genişlənib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 20 iyun 2014-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı və bu sərəncamın II bəndinin icrası ali və orta təhsil müəssisələri qarşısında təhsilin elektronlaşmasının daim diqqət mərkəzində saxlanılması və təhsilin səmərəliliyinin artırılmasında elektron vasitələrdən düzgün istifadənin tətbiq edilməsi istiqamətində mühüm vəzifələr müəyyənləşdirir. Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində bu istiqamətdə mütəmadi tədbirlər həyata keçirilir ki, “Təlimin səmərəliliyinin artırılmasında elektron vasitələrdən istifadə” mövzusuna həsr olunmuş konfrans da bu tədbirlərin məntiqi davamıdır.
Qeyd edilib ki, konfransın ardınca orta ümumtəhsil məktəb müəllimlərinin elektron vasitələrdən istifadəsi, bilik və bacarıqlarının formalaşdırılması məqsədilə başlanacaq 5 kredit 30 saat həcmində olacaq ixtisasartırma kursu müəllimlərin peşə fəaliyyətində elektron vasitələrdən istifadə imkanlarını artıracaq, təlimin daha səmərəli təşkili üçün yaradılmış şəraitdən düzgün istifadəni stimullaşdıracaqdır. İxtisasartırma təlimlərinin keçirilməsi ayda bir dəfə olmaqla planlaşdırılır və bu kurslar uzunmüddətli xarakter daşımaqla elktron vasitələrdən istifadə bacarıqları zəif olan orta ümumtəhsil məktəblərinin müxtəlif ixtisaslı müəllimlərini əhatə edəcəkdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından, ümumtəhsil məktəblərinin informasiya kommunikasiya texnologiyaları ilə təminatından danışıb. Yaradılmış şəraitdən səmərəli istifadə üçün ixtisasartırma kurslarının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulanıb.
Sonra institutun Ali riyaziyat və informatika kafedrasının müəllimləri Səminə Rüstəmovanın “Kompüter savadlılığı - müəllimin peşə fəaliyyətinin təşkilində vacib amil kimi”, Səriyyə Qasımovanın “Rəqəmsal media: Gələcəyin sinfi” mövzularında çıxışları dinlənilib.
Sonda institutun ixtisasartırma və yenidənhazırlanma istiqamətində yaradılmış (metodikdestek.nmi.edu.az) onlayn metodik dəstək platformasının təqdimatı keçirilib.