SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda dəyirmi masa keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda dəyirmi masa keçirilib
18-02-2021, 20:51

18 fevral 2021- ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda “Şagirdlərdə ekoloji dünyagörüşün formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilmişdir.

İnstitutun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, dəyirmi masada “Ümumi fənlər” kafedrasının müəllimləri, muxtar respublikası orta ümumtəhsil məktəblərinin bir qrup biologiya müəllimləri və tələbələr iştirak etmişlər.

Tədbiri giriş sözü ilə institutun prorektoru psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev açaraq bildirmişdir ki, şagirdlərin şəxsiyyət kimi formalaşmasında müxtəlif fənn bilikləri ilə yanaşı ekoloji dünyagörüşünün formalaşdırılması məsələsi hər zaman öz aktuallığını qoruyur. İnsan kainatın bir parçasıdır. Onu əhatə edən ətraf aləmdə baş verən hadisələr bu və ya digər dərəcədə insan orqanizminə təsir edir. İnsan hər zaman öz imkanları çərçivəsində ekoloji tarazlığın qorunması qayğısına qalmalıdır. Tərbiyənin bütün istiqamətləri kimi ekoloji tərbiyənin də təməli əsasən məktəb illərində formalaşdırılır. Orta ümumtəhsil məktəblərinin də iştirakı ilə keçirilən dəyirmi masa bu baxımdan olduqca vacibdir.

Ümumi fənlər kafedrasının müdiri pedaqogika üzrə fəlsəfə doktoru Qızıllı Əliyeva mövzu ətrafında çıxış edərək bildirmişdir ki, şagirdlərin ekoloji dünyagörüşlərinin formalaşdırılması işinin təşkili bu istiqamətdə görüləcək işlərin düzgün planlaşdırılması, şagirdlərin idrak fəallığının təmin edilməsi, tədris prosesində ekoloji biliklərin düzgün öyrədilməsi ilə bilavasitə bağlıdır.

Dəyirmi masada ekoloji problem nədir və şagirdlərin idrak fəallığını artırmaq üçün müəllim hansı üsüllardan istifadə etməlidir, tədris prosesində ekoloji biliklərin öyrədilməsi yolları, ekoloji amillər və onların canlılara təsiri və s. suallar ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmışdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031