SON DƏQİQƏ

naxcivanxeberleri.com

Məktəblilər beynəlxalq müsabiqədə uğur qazandı

Məktəblilər beynəlxalq müsabiqədə uğur qazandı
16-02-2021, 19:30

Naxçıvan şəhər ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirlərin elmi axtarışlara sövq edilməsi, еlmi pоtеnsiаlının аrtırılmаsı, tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə  təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları”  layihəsi davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, layihə çərçivəsində iştirakçıların müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili, əldə еtdikləri еlmi yеniliklərlə müxtəlif beynəlxalq səviyyəli müsabiqə, konfrans və olimpiadalarda iştirakı təmin edilir.

2020-ci ilin noyabr ayından yenidən başlanan layihənin uğurları davam edir. AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin rəhbərliyi ilə Naxçıvan şəhər Qızlay Liseyinin XI sinif şagirdləri Abdullayeva Səma Famil qızı və Mustafayeva Bəhriyyə Namiq qızının Moskvada Pedaqoji lahiyələrin elm-təhsil mərkəzində yerləşən “Rusiya Federasiyası Pedaqoji lahiyələr Akademiyası”nın təşkil etdiyi “Mənim elmdə addımım” adlı şagird və tələbələr üçün ümumrusiya distant konfransında “Naxçıvan daş duzundan Tibbi natrium xloridin alınması” adlı məqaləsi sertifikata layiq görülüb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930