SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda onlayn seminar keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda onlayn seminar keçirilib
27-01-2021, 19:30

27 yanvar 2021-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyat kafedrasının və Naxçıvan Muxtar Respublikası orta ümumtəhsil məktəblərinin 30 nəfər Azərbaycan dili və ədəbiyyat müəlliminin iştirakı ilə “Praktik Azərbaycan dili: əməli yazılar, növləri, öyrədilməsi yolları” mövzusunda onlayn seminar keçirilib.

institutun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, seminarı giriş sözü ilə institutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Çapay Quliyev açaraq bildirmişdir ki, Naxçıvan Müəllimlər İnstitutunda mütəmadi olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində müxtəlif mövzularda konfranslar, seminarlar və dəyirmi masalar, ixtisasartırma təlimləri təşkil edilir. Bu tip tədbirlərin həyata keçirilməsi müəllimlərin bilik və təcrübə mübadiləsini özündə ehtiva edərək işin daha səmərəli təşkilini stimullaşdırır.

 Seminarda Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi, professor Sədaqət Həsənovanın “Əməli yazıların öyrədilməsi məsələləri” mövzusunda məruzəsi dinlənilmişdir. Seminar institutun professor-müəllim heyyətinin və orta ümumtəhsil məktəbləri müəllimlərinin mövzu ətrafında maraqlı müzakirələri ilə davam etmişdir.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31