SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir!

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir!
23-01-2021, 13:18

Müsabiqəyə 396 vakant vəzifə çıxarılıb. Müsabiqədə iştirak etmək istəyən şəxslər 23 yanvar–23 fevral 2021-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, elektron ərizələrin təsdiqi həftənin iş günləri saat 9:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək həyata keçirilir. Namizədlər bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.

Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar.

Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət İmtahan Mərkəzinə müraciət edə bilərlər.

Vakant vəzifələrin siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür.

https://dim.nmr.az/sehiyye_qrafik_23_01_2021.php

Maraqlananlar Mərkəzin (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031