SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində Smart tələbə kartlarının təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetində Smart tələbə kartlarının təqdimatı keçirilib
14-01-2021, 20:24

Naxçıvan Dövlət Universitetində Smart tələbə kartlarının təqdimat mərasimi keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev təqdim edilən smart tələbə kartlarının elektron universitet sistemini daha da gücləndirəcəyinə inandığını qeyd edib. Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilən Smart Tələbə kartları layihəsinin ilk mərhələsi Naxçıvan Dövlət Universitetində uğurla reallaşdırılıb. Vurğulanıb ki, bu layihə müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsində, ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacaq. Diqqətə çatdırılıb ki, ali təhsil müəssisələri tələbələrinin bu layihəyə cəlb edilməsi bütövlükdə təhsillə bank sistemi arasında sıx əməkdaşlığa yeni imkanlar yaradacaq.

“Naxçıvanbank” ASC İdarə Heyətinin sədri Azər Məmmədov bildirib ki, muxtar respublikada “nağdsız cəmiyyət”in formalaşdırılması, nağdsız ödənişlərin həcminin artırılması muxtar respublika rəhbəri tərəfindən diqqətdə saxlanılan əsas məsələlərdəndir. Məhz bunun nəticəsidir ki, muxtar respublikamızda nağdsız ödənişlərin iqtisadiyyatdakı çəkisini artırmaq üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı”, 2016-2018-ci illərdə “Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq olunub və uğurla icra olunmaqdadır. Qeyd edilib ki, proqramın strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir.

Naxçıvan Dövlət Universiteti “Mühasibat uçotu” şöbəsinin müdiri Ülvi Baxışlı  qeyd edib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Bankın və universitetin  təşəbbüsü, “NAXÇIVANBANK” ASC və “Mastercard”ın dəstəyi ilə 2020-ci ildən universitetimizdə  həyata keçirilməsinə star verilən  Smart tələbə kartları unikal bir kartdır və bir çox mühüm xüsusiyyətləri və üstünlükləri ilə fərqlənir. Bu kartlar eyni zamanda tələbələr üçün yeni  vahid Beynəlxalq İSİC(“International Student Identity Card”)standarları ilə hazırlanmış tələbə biletidir.

Kartın mühüm xususiyyətindən biri də debet bank kartı olmasıdır, artıq tələbələrə istər dövlət, istərsə də tədris müəssisəsi tərəfindən ödənilən təqaüdlər həmin kartlar vasitəsilə veriləcəkdir və tələbələr ölkə daxilində və xaricdə həmin kartlarla istənilən ödənişlərini həyata keçirə biləcəklər, Eyni zamanda regionda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcəklər. Tələbələr smart kartdan universitet, kitabxana və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadəsi də nəzərdə tutulub. Eyni zamanda bu kartlardan istifadəsinin genişləndirilməsi ölkədə nağdsız ödənişlərin təşviqində, müasir ödəniş mədəniyyətinin formalaşdırılmasında, maliyyə savadlığının yüksəldilməsində mühüm addım olacaq.

“Mühasibat uçotu” ixtisası üzrə I kurs tələbəsi Gülşən Abbasova tələbələr adından yaradılan şərait üçün öz minnətdarlığını ifadə edib.

Sonda bir qrup tələbəyə smart kartlar təqdim edilib.  


 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031