SON DƏQİQƏ

naxcivanxeberleri.com

“STEAM Naxçıvanda” layihəsinin icrası ilə bağlı Şərur ŞəhərFizika-Riyaziyyat Təmayüllü Liseydə təlimə başlanılıb

“STEAM Naxçıvanda” layihəsinin icrası ilə bağlı Şərur ŞəhərFizika-Riyaziyyat Təmayüllü Liseydə təlimə başlanılıb
13-01-2021, 18:21

Muxtar respublikada STEAM təlim metodunun tətbiqinə ilk dəfə Şərur rayon Qarabürc kənd ümumi orta məktəbində başlanılmışdır. Yaradılan STEAM kabinəsi elektron lövhə, 2 kompüter, 3D printer, micro:bit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təmin olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulan STEAM təlim metodu dünyada, eləcə də Azərbaycan təhsil sistemində mütəxəssis hazırlığının mühüm istiqaməti kimi götürülür. 2020-2021-ci tədris ilindən başlayaraq pilot layihə olaraq muxtar respublikanın 13 məktəbində STEAM təlim metodunun tətbiqi ilə bağlı kabinələrin, Heydər Əliyev adına tam orta məktəbdə isə STEAM Tədris Mərkəzinin yaradılması işinə başlanılıb.

Görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən STEAM təlim metodları ilə bağlı xarici ədəbiyyatlar Azərbaycan dilinə tərcümə olunmuş, müvafiq tədris proqramları və müəllimlər üçün metodik vəsaitlər hazırlanmışdır. Həmçinin, muxtar respublikanın 13 məktəbində tətbiq olunacaq  STEAM təlim metodunun yüksək səviyyədə tədrisi üçün Təhsil Nazirliyi tərəfindən bir ay müddətində müəllimlər üçün təlimlər təşkil olunmuşdur.

Ötən tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə IV Qrant müsabiqəsi”ndə muxtar respublikanın ümumtəhsil məktəbləri üzrə müsabiqədə iştirak edən  27 layihədən 5-i qalib olmuşdur. Həmin layihələrdən ümumtəhsil kateqoriyası üzrə qalib olan Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin “STEAM Naxçıvanda” layihəsinin əsas məqsədi STEAM təlim texnologiyasının yeni təhsil proqramına inteqrasiya edilməsi, təhsilalanlarda XXI əsr bacarıqlarının formalaşdırılması, şagirdlərdə yüksək mütəşəkkil düşüncəni inkişaf etdirmək və əldə olunan biliklərin layihə təlimi vasitəsilə elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət kimi sahələrdə səmərəli tətbiqinə nail olmaqdır.

Layihənin icrası ilə bağlı görülən işlərin davamı olaraq Təhsil Nazirliyi tərəfindən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə Şərur və Sədərək rayon məktəblərindən 30-a yaxın müəllim təlimə cəlb olunub. Yanvarın 13-də onlayn qaydada keçirilən ilk təlimdə “Təhsildə innovasiya: STEAM təhsil metodu və onun əhəmiyyəti” barədə müəllimlərə məlumat verilib.

 “STEAM Naxçıvanda” layihəsinin davamı olaraq bir ay davam edəcək təlimlərdə iştirak edən müəllimlərə qrafikə uyğun olaraq STEAM məzmunlu layihələr üzərində praktiki iş və robot texnologiyası, əyani prototip qurğulardan istifadə, 3D printer, arduino və micro:bitlə bağlı məlumatlar öyrədiləcək.


Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031