SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universiteti professorunun yazdığı elmi məqalə yüksək impafaktorlu jurnalda dərc olunub

Naxçıvan Dövlət Universiteti professorunun yazdığı elmi məqalə yüksək impafaktorlu jurnalda dərc olunub
13-01-2021, 11:00

Naxçıvan Dövlət Universiteti Biologiya kafedrasının müdiri, Biologiya elmləri doktoru, professor Daşqın Qənbərovun dissertantı, universitetin Elmi Tədqiqatların Əlaqələndirilməsi Bölməsinin Baş Elmi İşçisi Aysel Heydərova ilə birgə yazdığı “Naxçıvan Muxtar Respublikası ərazisinin Darıdağ florasının taksanomik spektri” adlı elmi məqaləsi yüksək impafaktorlu “Beynəlxalq Botanika Araşdırmaları Jurnalı” (International Journal of Botany Studies) adlı jurnalda nəşr olunub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,məqalədə Darıdağ massivinə daxil olan fəsilələrin müəyyən edilməsi, fəsilələrə aid olan cins və növlərin müqayisəli təhlili, taksonomik spektrınin tərtib olunması haqqında məlumat verilir. Qeyd edilir ki, ərazinin bitki örtüyünü əsasən kserofit bitkilər təşkil edir. Darıdağ ərazisinin florası 46 fəsiləyə, 167 cinsə daxil olan 277 növ bitkidən ibarətdir. Bu da Qafqaz florasının 3,69%-ni, Azərbaycan florasının 5,54%-ni, Naxçıvan Muxtar Respublikası florasının isə 9,14%-ni təşkil edir. Məqalədə o da bildirilir ki, ərazi florasında cins sayına görə birinci yeri Kələmkimilər fəsiləsi (Brassicaceae Burnett) – 26 cins, növ sayına görə isə birinci yeri Asterkimilər fəsiləsi (Asteraceae Dumort) – 44 növlə təşkil edir.

Professor digər “Naxçıvan Muxtar Respublikası florasında yayılan Rosaceae fəsiləsinin oduncaqlı növlərinin ekoloji qrupları” adlı elmi məqaləsini dissertantı Səfurə Babayeva ilə birgə qələmə alıb və elmi məqalə  həmin jurnalda dərc  olunub.

Məqalədə Naxçıvan MR florasında yayilan Rosaceae fəsiləsinin oduncaqlı növlərinin ekoloji qrupları haqqında məlumat verilir. Tədqiq olunan ərazidə Gülçiçəklikimilər fəsiləsinin oduncaqlı növlərinin ekoloji qruplar üzrə paylanması Şennikovun təsnifat sisteminə əsasən aparılıb. Müəyyən edilib ki, mezofitlər 43 (47%), mezokserofitlər 23 (25%),  kseromezofitlər 8 (9 %), kserofitlər isə 17 növ olmaqla ümumi Gülçiçəklikimilər fəsiləsinin oduncaqlı növlərinin 19% -ni təşkil edirlər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031