00:02 - BÜRCLƏR-06 mart
23:44 - ÜST: Dünyada ötən sutka koronavirusa 425 mindən çox yoluxma qeydə alınıb
23:16 - Yaponiya portalı Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqalə yayıb
23:00 - Prezident: Müstəqilliyimizin 30 illiyini qələbə qazanmış xalq kimi qeyd edəcəyik
22:14 - YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu - SİYAHI
22:06 - Naxçıvanda qadınlar daim qayğı əhatəsindədirlər
22:00 - Təcrübəçi tələbələr innovativ dərnəklərlə tanış olublar-FOTO
21:23 - Ceyhun Bayramov Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş ilə görüşüb
21:20 - Tofiq Nağıyev “Şərəf” ordeni ilə təltif edilib
21:10 - İlham Əliyev YAP-ın yeni proqramının hazırlanması barədə tapşırıq verib
20:43 - İlham Əliyev: "Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik"
20:28 - “Brent” markalı neft ötən ilin yanvar səviyyəsinə qalxdı
Xaricdəki ali məktəblərdən Azərbaycan ali məktəblərinə necə köçürülmək olar?
Xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycan Respublikası ali təhsil müəssisələrinə köçürülərkən əsas nəzərə alınan göstəricilər açıqlanıb.
Təhsil Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, həmin göstəricilər tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması, tələbənin xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alması, DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal); qənaətbəxş akademik göstəriciləridir.
Bununla yanaşı, köçürülmə səbəbləri, tələbənin təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması, DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri də nəzərə alınan əsas göstəricilər sırasındadır..