SON DƏQİQƏ

naxcivanxeberleri.com

AMEA Naxçıvan Bölməsində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan sərgi açılıb

AMEA Naxçıvan Bölməsində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan sərgi açılıb
28-03-2019, 11:13

AMEA Naxçıvan Bölməsində Azərbaycan ədəbiyyatı və fəlsəfi fikrinin görkəmli nümayəndəsi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar sərgi təşkil olunub.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERELRİ.COM-a verilən məlumata görə, “İmaməddin Nəsimi-650” başlıqlı sərgidə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, 3 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”, “Azərbaycan klassik ədəbiyyatından seçmələr”, “İmaməddin Nəsimi seçilmiş əsərləri”, “Nəsimi divanının leksikası”, “Nəsimi”, “Dilin estetikası”, “Azərbaycan ədəbiyyatının qaynaqları”, “XIII-XIV əsrlər ana dilli lirik şeirimizin inkişaf yolu”, “Azərbaycan ədəbiyyatı: tarixi və problemləri”, “Evrene sığmayan ozan Nesimi” və digər bu qəbildən olan kitablar nümayiş olunur.
Sərgidə, həmçinin Nəsiminin şəxsiyyətindən, yaşadığı dövrdən, onun təbliğ etdiyi hürufilik dini-fəlsəfi təlimindən, şairin əsərlərinin dil və üslub xüsiyyətlərindən bəhs edən qəzet, jurnal və toplu materialları da ziyarətçilərin ixtiyarına verilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930