SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan” Universitetində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi perspektivləri: reallıqlar və nəticələr” adlı kitabın təqdimatı keçirilib

“Naxçıvan” Universitetində  “Naxçıvan Muxtar Respublikasının  sosial-iqtisadi perspektivləri: reallıqlar və nəticələr” adlı kitabın təqdimatı keçirilib
9-01-2021, 17:51

“Naxçıvan” Universitetində  “Naxçıvan Muxtar Respublikasının  sosial-iqtisadi perspektivləri: reallıqlar və nəticələr” adlı kitabın təqdimatı keçirilib.
“Naxçıvan” Universitetinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, “Naxçıvan” Universitetində  iqtisadçı alimlər Cavadxan Qasımovun, Sədaqət Əhmədovanın, Flora Ələsgərovanın və Sevinc Zamanovanın həmmüəllifi olduqları "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi perspektivləri: reallıqlar və nəticələr" adlı dərs vəsaitinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq müəllifləri təbrik edib. Rektor qeyd edib ki, hazırda Naxçıvan Muxtar Respublikasında olan ali təhsil ocaqlarında  iqtisadiyyat və iqtisadiyyat yönümlü ixtisasların tədrisində yeni metodik vasitələrdən istifadə olunur və bununla bağlı müvafiq işlər görülür. Yeni nəşr olunan  "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi perspektivləri: reallıqlar və nəticələr" adlı dərs vəsaiti də bu yöndə görülən işlərin davamıdır.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, "Naxçıvan" Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Hüseyn Bağırsoylunun, İdarəetmə kafedrasının  müdiri dosent İradə Bağırovanın  və həmin kafedranın professoru, iqtisad üzrə elmlər doktoru Mehdi Bağırovun, İqtisadiyyat kafedrasının dosenti Ceyhun Mahmudovun çıxışları dinlənilib.
Bildirilib ki, 5 fəsildən ibarət olan dərs vəsaitində təhlillər statistik məlumatlar əsasında peşəkarlıqla aparılmış muxtar respublikanın istehsal, məşğulluq və sosiallaşma sahəsindəki uğurları yüksək elmi əsaslandırma ilə ortaya qoyulmuşdur. Dərs vəsaiti ilə tanış olarkən muxtar respublikada iqtisadiyyatın sənayeləşməsi, sosiallaşması və bunların fonunda çoxşaxəliliyi fonunda diversifikasiya olunması məsələlərinin yüksək qətiyyətlə reallaşması sahəsindəki dövlət tədbirlərini görmək olur. Təbii ki, bu isə hərtərəfli inkişafı hədəfləyən ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın dövlət tənzimlənməsi, təşkili və idarə olunması məsələlərini ifadə etməkdədir.
Sonda müəlliflər  çıxış edərək göstərilən diqqətə görə universitet  rəhbərliyinə öz minnətdarlıqlarını  bildiriblər.
 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031