SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində “Pedaqoji Texnologiyalar” adlı dərs vəsaitinin təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetində “Pedaqoji Texnologiyalar” adlı dərs vəsaitinin təqdimatı keçirilib
25-12-2020, 23:15


Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedogika üzrə elmlər doktoru Müslüm Nəzərov və "Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi" kafedrasının dosenti Nizami Quliyevin həm müəllifi olduğu “Pedaqoji Texnologiyalar” adlı dərs vəsaitinin təqdimat mərasimi olub.

Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin Pedaqoji fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev cəmiyyətin inkişafında təhsilin böyük rol oynadığını vurğulayıb. Müasir dövrümüzdə texnologiyaların inkişafının mühüm əhəmiyyət kəsb etdiyini, pedaqoji sistemin yenilənməsinin çox vacib və aktual ideya olduğunu diqqətə çatdırıb. Eyni zamanda təqdim olunan kitabın tələbələr üçün əhəmiyyətindən danışıb.

“Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyeva pedaqoji prosesdə baş verən yenilikləri diqqətə çatdırıb. Vurğulanılıb ki, müasir şəraitdə təhsilin rolu artmaqdadır, bu baxımdan təhsil təkcə fərdi deyil, həm də cəmiyyətin dəyişməsi və inkişafına kömək edən güclü bir amildir. Təqdimolunan bu dərs vəsaiti oxucuda şəxsi sosial təcrübə əldə etmək qabiliyyəti, cəmiyyətdə öz yerini tapmaq bacarığını formalaşdıraraq təhsil problemlərinin birgə öyrənilməsinə yönəldiyi qeyd edilib. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, “Pedaqoji Texnologiyalar” kitabında təlim prosesinə müxtəlif yanaşmalar və tədris prosesində uğurla işləməsi üçün pedaqoji texnologiyaların mahiyyəti, quruluşu, funksiyaları, prinsipləri və şərtləri göstərilib.

“Pedaqogika və psixologiya” kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Vahid Rzayev pedaqoji texnologiyanın mahiyyətindən, əvvəlcədən verilmiş xarakteristikalar üzrə kompüter təlimi üçün işlənib hazırlanmış optimal didaktik proseslərdən danışıb. Təqdim edilən “Pedaqoji Texnologiyalar” kitabına nəzər salan Vahid Rzayev dərs vəsaitində informasiya texnologiyalarının təkcə məlumat əldə etməyi asanlaşdırdığı deyil, həmçinin təhsil fəaliyətinin dəyişkənliyinə, onun fərdiləşdirilməsinə və fərqləndirilməsinə açılan imkanlara toxunulduğunu vurğulayıb.

Sonra Texnologiya ixtisası üzrə III kurs tələbəsi Elazər Yəhyalı çıxış edərək bu kitabın tələbələrin pedaqoji biliklərin öyrənilməsində mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Universitetin son illərdə qazandığı nailiyyətlər təhsilimizə göstərilən yüksək diqqət və qayğının bəhrəsidir-deyən müəllif universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdar olduğunu bildirib.


Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31