SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub

“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
14-12-2020, 18:47

“Mədəniyyət”, “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramı dekabrın 14-ü üçün nəzərdə tutulan cədvələ uyğun təqdim olunub.

Təhsil Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, proqramda Azərbaycan və rus bölmələri üzrə dərslər izlənilib. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkan yaradır. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən izləyə bilərlər.

Xatırladaq ki, bu gün “Mədəniyyət” telekanalında profilaktika işləri həyata keçirildiyindən “Dərs vaxtı” proqramının yayım vaxtında dəyişiklik edilib, teledərslər saat 14:00-dan etibarən yayımlanıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930