SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında yazı müsabiqəsi keçirilib-FOTO

Muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında yazı müsabiqəsi keçirilib-FOTO
11-12-2020, 19:52

Muxtar respublika ümumtəhsil məktəbliləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı bir sıra müxtəlif müsabiqə və tədbirlər keçirilir. Belə tədbirlərdən biri də artıq ənənə halını alan muxtar respublika məktəblilərinin inşa yazı müsabiqəsidir.

11 dekabrın 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Ürəklərdə yaşayan dahi” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, müsabiqədə Təhsil nazirinin müavini Heyran Əhmədova zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məktəblilərə məlumat verərək bildirib ki, müsabiqənin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyev irsinin gənc nəslə öyrədilməsi, şagirdlərin istedad və yaradıcılıq potensialının inkişaf etdirilməsi, məktəblilərə Vətənə sevgi və məhəbbət hisslərinin aşılanması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsinin təmin edilməsidir.

Şagirdlərin mövzu ətrafında öz fikirlərini ifadə etmələri üçün onlara      2 saat vaxt verilib. İnşa yazı müsabiqəsində muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 34 şagird iştirak edib. Şagirdlər inşa yazını təşkilat komitəsi tərəfindən təqdim olunan dəftərlərdə yazıblar.

Sonra müsabiqə iştirakçılarının inşa yazıları münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib. Nəticələrə uyğun olaraq müsabiqədə I yerə Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin XI sinif şagirdi Cəfərli Aysun Alik qızı, II yerə Ordubad rayon Vənənd kənd tam orta məktəbin IX sinif şagirdi Həsənova Həcər Həsən qızı, Naxçıvan Qarnizonu tam orta məktəbin X sinif şagirdi Məmmədova Xəyalə Kamil qızı, III yerə Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin IX sinif şagirdi İbrahimova Samirə Məzahir qızı, Kəngərli rayonu Təzəkənd tam orta məktəbin XI sinif şagirdi Babayeva Nigar Vəsayib qızı, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin X sinif şagirdi Allahverdiyeva Nigar Babək qızı, həvəsləndirici yerlərə isə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi Babayeva İlkanə Rəşad qızı, Kəngərli rayon Şahtaxtı kənd tam orta məktəbin  X sinif şagirdi Musayeva Jalə Seymur qızı və Culfa rayon Yaycı kənd tam orta məktəbin IX sinif şagirdi Babayeva Şeyda Abbas qızı layiq görülüb.

Qaliblər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diplomları ilə təltif edilib.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031