SON DƏQİQƏ

naxcivanxeberleri.com

Məktəblilərin muxtar respublika fənn olimpiadasının final mərhələsi keçirilib

Məktəblilərin muxtar respublika fənn olimpiadasının final mərhələsi keçirilib
28-11-2020, 13:04

Naxçıvan Muxtar Respublikasında dəqiq və humanitar fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bu baxımdan hər il muxtar respublikada keçirilən fənn olimpiadaları ayrı-ayrı fənlər üzrə istedad və hazırlıqları ilə seçilən şagirdlərin aşkar edilməsində mühüm əhəmiyyət kəsb edir. Olimpiadaların təşkil edilməsində məqsəd xüsusi istedadlı uşaqların üzə çıxarılması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 28 noyabr 2020-ci il tarixdə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə IX-XI sinif şagirdləri arasında məktəblilərin muxtar respublika fənn olimpiadasının final mərhələsi keçirilib.

Qeyd edək ki, oktyabrın 24-də IX-XI siniflər üzrə məktəblilərin muxtar respublika fənn olimpiadasının I - şəhər və rayon mərhələsi keçirilmişdir. Həmin şagirdlərdən 611-i yüksək nəticə göstərərək final mərhələsində iştirak etmək hüququ qazanmışdır. Muxtar respublika fənn olimpiadası Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edilib. Olimpiadada Təhsil Nazirliyinə birbaşa tabe məktəblərdən 139, Heydər Əliyev adına Hərbi Liseydən 14, Naxçıvan şəhərindən 115, Şərur rayonundan 82, Ordubad rayonundan 72, Şahbuz rayonundan 46, Babək rayonundan 41, Culfa rayonundan 52, Kəngərli rayonundan 37, Sədərək rayonundan isə 13 olmaqla, ümumilikdə 611 şagird iştirak edib. Şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirmələri üçün 3 saat vaxt verilib.

         Nəticəyə əsasən hər sinif üzrə fənlərdən I, II və III yerin qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031